Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb
04 Noyabr 2026, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
658
15.10.2026, 13:52
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında sabitlik nümunəsinə çevrilərək iqtisadi artım nümayiş etdirir və region ölkələri ilə əlaqələrini möhkəmləndirir.
Oxu24.com xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında bəyan edib.
Onun sözlərinə görə, Azərbaycanın AQEM-ə sədrliyi dövründə təşkilatın fəaliyyətinə yeni təkan verilib:
"Biz burada, Bakıda dünya birliyində fikir ayrılıqlarının dərinləşdiyi, çoxtərəfli formatlara etimadın azaldığı bir vaxtda toplaşmışıq. Bu ikiüzlülük dalğasına baxmayaraq, AQEM əməkdaşlıq və tərəfdaşlıq vahəsi olaraq qalır".
İsrail Prezidenti vurğulayıb ki, ölkəsi AQEM-in fəaliyyətində təşkilatın yaradıldığı vaxtdan iştirak edir.
O, sammitin Azərbaycanda keçirilməsini də rəmzi məna daşıyan hadisə adlandıraraq ölkəni regional tərəfdaşlıq, tolerantlıq və etimad tədbirlərinin möhkəmləndirilməsi nümunəsi kimi səciyyələndirib.
İ.Hersoqun fikrincə, qlobal gərginliyin artdığı və beynəlxalq əməkdaşlığa etimadın azaldığı bir şəraitdə Azərbaycan AQEM-in diqqətini konstruktiv dialoqa, uzunmüddətli tərəfdaşlığa və ortaq məxrəclərin yaranmasına yönəldib.
O, həmçinin İsrailin region ölkələri ilə əməkdaşlığı genişləndirməklə texnologiya, elm, rəqəmsal əlaqəlilik, innovasiyalar, iqlim dəyişikliyi ilə mübarizə və digər sahələrdə Asiya qitəsinin inkişafına töhfə verməyə çalışdığını vurğulayıb.
İ.Hersoq qeyd edib ki, İsrail regionun ölkələri ilə bilik və təcrübə mübadiləsində, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində və birgə layihələrin həyata keçirilməsində maraqlıdır.
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.