Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb
04 Noyabr 2026, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
207
14.10.2026, 19:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib.
Oxu24.com xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə görə minnətdarlığını bildirən qonaq bu mötəbər tədbirin Bakıda keçirilməsi, həmçinin Azərbaycanın uğurlu sədrliyi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Zirvə Görüşünün iştirakçı ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyi ilə əlaqədar qərarı dəstəklədikləri üçün üzv ölkələrə, həmçinin Şri-Lankaya təşəkkürünü bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu, ölkəmizin təşkilata uğurlu sədrliyinin, həmçinin Azərbaycana olan hörmət və etimadın göstəricisidir.
Azərbaycan Prezidenti Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirinin ölkəmizə səfərinin, eyni zamanda, ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün də yaxşı imkan yaratdığını dedi.
Vicita Herat son təbii fəlakətlər zamanı ölkəmizin Şri-Lankaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını ifadə etdi.
Görüşdə Azərbaycanın və Şri-Lankanın beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində yaxşı əməkdaşlığının olduğu vurğulandı.
Siyasi əlaqələrin səviyyəsinə uyğun olaraq iqtisadiyyat, ticarət, turizm sahələrində də münasibətlərimizin genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparıldı. Şri-Lankadan olan tələbələrin Azərbaycanda təhsil aldıqları qeyd edilərək, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə olundu.



00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.