Zahid Oruc:"Qurucu babaların azadlıq arzularını Ali Baş Komandan Zəfər himninə çevirdi”
03 Noyabr 2026, 13:53
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
341
14.10.2026, 12:13
44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu gün Cənubi Qafqazın davamlı sabitliyi və inkişafı məhz həmin reallıqların qəbulundan və yeni əməkdaşlıq imkanlarından keçir. Lakin təəssüf ki, Azərbaycanın əldə etdiyi uğurlar, artan beynəlxalq nüfuzu və davamlı inkişafı bəzi xarici gücləri, xüsusilə də cənub qonşumuz İranı ciddi narahat edir. Bu narahatlığın müxtəlif təxribatlar və Azərbaycana qarşı yönəlmiş addımlarla müşayiət olunduğunu müşahidə edirik.
Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri Oxu24.com-a açıqlmasında deyib.
Onun sözlərinə görə, İran Azərbaycanın torpaqlarının təxminən 30 il davam edən işğal dövründə ərazi bütövlüyünün bərpasına real dəstək göstərmək əvəzinə, bir sıra hallarda Ermənistanla əməkdaşlıq edib və işğalçı tərəflə münasibətlərini davam etdirib. Bu gün isə Azərbaycanın müstəqil siyasəti, iqtisadi gücü, regional liderliyi və Türk dünyası ilə əlaqələrinin genişlənməsi Tehranı narahat edən amillər sırasındadır.
Nadir Azəri qeyd edib ki, son günlər Bakıdakı bəzi təhsil müəssisələri ilə bağlı baş verən hadisələrə də ciddi yanaşmaq lazımdır. Məktəblərə hücum və dağıntı törətmək cəhdləri ilə bağlı faktlar hərtərəfli araşdırılmalı, hadisələrin təşkilatçıları və mümkün sifarişçiləri müəyyən edilməlidir. Heç şübhəsiz bu zaman “xoruzun quyruğu” görünəcək. Əslində, guya hicab davası edən radikal ünsürlərun həmin gün məktəblərdə farsca mərsiyələr səsləndirməsi həmin “quyruğu” göstərmiş oldu.
Siyasi şərhçinin fikrincə, Azərbaycanın əsas hədəfi regionda sülhü, təhlükəsizliyi və əməkdaşlığı möhkəmləndirməkdir. Bununla yanaşı, ölkəmizin suverenliyinə, ictimai sabitliyinə və təhsil müəssisələrinin təhlükəsizliyinə yönələn istənilən cəhdin qarşısı hüquqi müstəvidə qətiyyətlə alınmalıdır. Azərbaycan cəmiyyəti isə belə həssas məsələlərdə təmkinli davranmalı, təsdiqlənməmiş məlumatların yayılmasına yol verməməlidir.
Turan Etibaroğlu
14:50 / 03 Noyabr 2026
33
14:50 / 03 Noyabr 2026
37
14:30 / 03 Noyabr 2026
96
14:24 / 03 Noyabr 2026
104
14:21 / 03 Noyabr 2026
119
14:15 / 03 Noyabr 2026
80
13:53 / 03 Noyabr 2026
94
13:49 / 03 Noyabr 2026
117
13:37 / 03 Noyabr 2026
133
13:25 / 03 Noyabr 2026
70
13:16 / 03 Noyabr 2026
272
13:04 / 03 Noyabr 2026
2761
12:43 / 03 Noyabr 2026
110
12:38 / 03 Noyabr 2026
1440
12:30 / 03 Noyabr 2026
695
12:24 / 03 Noyabr 2026
144
12:20 / 03 Noyabr 2026
115
12:17 / 03 Noyabr 2026
423
12:09 / 03 Noyabr 2026
83
12:06 / 03 Noyabr 2026
107
12:01 / 03 Noyabr 2026
171
11:59 / 03 Noyabr 2026
119
11:57 / 03 Noyabr 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.