Ceyhun Məmmədov: Zəfər Günü xalqımızın əzmi və iradəsinin təntənəsidir
06 Noyabr 2026, 15:13
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
256
26.09.2026, 14:00
Təhsil bir nömrəli prioritetdir.
Oxu24.com-un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Prezident bildirib ki, hazırlıqlı kadrlar olmadan qarşıya qoyulan məqsədlərə nail olmaq mümkün deyil.
“Burada bir neçə amil var. Onlardan biri potensialın gücləndirilməsidir və hazırda təhsil sahəsində çox iş görülür. Bir müddətdir fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi bu istiqamətdə atılan ilk mühüm addımdır”, – dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın ucuz enerji imkanları və əlverişli coğrafi mövqeyi kimi praktiki üstünlükləri var.
“Biz Avropa ilə Asiya arasında yerləşirik. Şimal və qərb istiqamətlərinə uzanan fiber-optik xətlərimiz var. Bu ilin sonunadək Azərbaycanla Qazaxıstanı Xəzər dənizinin dibi ilə birləşdirən layihəni tamamlayacağıq”, – Prezident deyib.
Dövlət başçısı Azərbaycanın qlobal iqtisadiyyatın ümumi inkişaf tendensiyalarına uyğun hərəkət etmək istədiyini bildirib.
“Bu məqsədlə hipermiqyaslı texnologiya şirkətləri, sizin təmsil etdiyiniz qurum və dünən görüşdüyüm təşkilat kimi tərəfdaşlarla fəal işləməliyik ki, onlar Azərbaycana investisiya imkanları baxımından nəzər salsınlar”, – Prezident İlham Əliyev qeyd edib.
Prezident bildirib ki, təhlükəsizlik, əlverişli investisiya mühiti, proqnozlaşdırıla bilən vergi qaydaları və investorlara dost iqtisadiyyat bunun üçün əsas ilkin şərtlərdir.
“Bunlar kifayət qədər cəlbedici olarsa, uğur qazanacağıq. Əks halda, tərəfdaşlarımızdan Azərbaycana uzunmüddətli investor kimi gəlmələri üçün daha nələrin edilməli olduğunu bizə bildirmələrini xahiş edəcəyik”, – dövlət başçısı vurğulayıb.
16:17 / 06 Noyabr 2026
7
16:02 / 06 Noyabr 2026
50
15:54 / 06 Noyabr 2026
65
15:50 / 06 Noyabr 2026
75
15:43 / 06 Noyabr 2026
83
15:32 / 06 Noyabr 2026
70
15:21 / 06 Noyabr 2026
77
15:14 / 06 Noyabr 2026
75
15:13 / 06 Noyabr 2026
72
15:05 / 06 Noyabr 2026
78
15:00 / 06 Noyabr 2026
524
14:58 / 06 Noyabr 2026
127
14:50 / 06 Noyabr 2026
84
14:43 / 06 Noyabr 2026
70
14:37 / 06 Noyabr 2026
101
14:30 / 06 Noyabr 2026
92
14:23 / 06 Noyabr 2026
94
14:13 / 06 Noyabr 2026
84
14:08 / 06 Noyabr 2026
97
13:57 / 06 Noyabr 2026
88
13:53 / 06 Noyabr 2026
124
13:46 / 06 Noyabr 2026
125
13:44 / 06 Noyabr 2026
652
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.