Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb
25 Sentyabr 2026, 20:25
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
97
25.09.2026, 20:25
Bakı–Paris xəttində YENİ SİQNAL: BMT-dəki görüş nə vəd edir? — Politoloqdan AÇIQLAMA
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin gündəliyi nəzərdən keçirilib, Azərbaycan–Avropa İttifaqı əlaqələri ətraflı müzakirə olunub. Tərəflər, həmçinin regional təhlükəsizlik vəziyyəti, əsas regional və beynəlxalq məsələlər, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar. BMT çərçivəsində keçirilən bu cür yüksəksəviyyəli təmaslar dövlətlərə mövcud anlaşılmazlıqları və problemli məqamları birbaşa dialoq yolu ilə müzakirə etmək imkanı yaradır. Bu diplomatik addımın Azərbaycan–Fransa münasibətlərinin normallaşması baxımından hansı praktik nəticələrə yol açacağı isə xüsusi diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Oxu24.com-a geniş açıqlama verən politoloq Tofiq Abbasov keçirilən görüşün əhəmiyyətini, Azərbaycan-Fransa münasibətlərinin tarixi xronologiyasını və mövcud gərginliyin səbəblərini bütün təfərrüatları ilə şərh edib.
O bildirib ki, BMT-nin Baş Assambleyası, təşkilatın xüsusi konfransları və görüşləri hesabat xarakteri daşımaqla yanaşı, iştirakçılara mühüm imkanlar yaradır. Bu platformalar dövlətlərə ümumi problemlərə münasibət bildirmək, öz aralarında təmasları saxlamaq, anlaşılmazlıq və təzadlı məqamları müzakirə etmək üçün elə bir şansdır ki, ondan mütləq istifadə olunmalıdır:
“Azərbaycanın Fransa ilə heç bir problemi olmayıb. Əgər ortada problemlər varsa, onların hamısı məhz Fransa tərəfindən gündəmə gətirilib. Ermənistan-Azərbaycan qarşıdurması prosesində Fransa həmişə qərəzli, qeyri-sağlam mövqe tutub, açıq-aşkar tərəfkeşlik edib, subyektivlik göstərərək prosesi pozub. Onlar elə müdaxilələrə yol verirdilər ki, Azərbaycan diplomatiyası bununla barışa bilməzdi. Fransa dövləti və onun Xarici İşlər Nazirliyi bu proseslərin hamısında son dərəcə kobud və yolverilməz bir mövqe nümayiş etdirirdi”.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə döyüşlər getdiyi bir vaxtda Fransa prezidenti dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək hücumu dayandırmağı tələb edirdi. İddia edirdilər ki, güya erməni xalqı 'məzlumdur'. Necə 'məzlumdur' ki, Azərbaycana təcavüz edib, ərazilərimizin 20 faizini işğal edib, orada hər şeyi yerlə-yeksan edib, təbii resurslarımızı qanunsuz yollarla ölkədən çıxarıb?
Politoloq qeyd edib ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi borclu idi ki, Ermənistanın işğalçılıq siyasətini qınasın:
“Vaxtilə BMT-nin 4 qətnaməsi qəbul olunmuşdu və orada Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılması tələb edilirdi. Lakin sonradan Fransa sanki başqa bir xətt tutdu; Azərbaycanın problemlərini daha da kəskinləşdirməyə, Ermənistana dəstək verməyə və öz təbliğat maşını ilə yanlış təsəvvürlər yaratmağa çalışdı.
Bütün bunlardan sonra Azərbaycan Prezidenti İlham Əliyev çox sərt və adekvat tədbirlər görməyə məcbur oldu. Fransanın Azərbaycandakı casus şəbəkəsi ifşa edildi, bəzi Fransa şirkətlərinə sanksiyalar tətbiq olundu, ölkəmizdə qanunsuz fəaliyyət göstərən Fransa vətəndaşları saxlanıldı (hətta bu günlərdə onların birinə Prezident tərəfindən əfv verildi). Bütün bu yaşananların günahkarı da, cavabdehi də məhz Fransanın özüdür”.
Tofiq Abbasov vurğulayıb ki, Fransa gərək öz xarici siyasətində Azərbaycana aid bütün vektorları sağlamlaşdırsın. Çünki Azərbaycan Fransaya heç vaxt təcavüz etməyib, onun mövqələrinə hücum etməyib, əksinə, həmişə normal şəraitdə əlaqələrin inkişafına 'hə' deyib:
“Məsələn, 1993-cü ilin dekabrında Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk xarici səfərini məhz Fransaya etmişdi. O vaxt Fransanın prezidenti Fransua Mitteran idi, onların çox mənalı görüşü keçirilmişdi və bu, münasibətlər üçün çox yaxşı bir başlanğıc idi. Lakin sonradan Fransanın yeni rəhbərləri — elə Jak Şirakın özü və digərləri açıq şəkildə Ermənistana dəstək verməyə başladılar. Azərbaycan da anladı ki, ATƏT-in Minsk Qrupunda Fransanın iştirakı vasitəçilik deyil, bilavasitə destruktiv xarakter daşıyır və Azərbaycanın milli maraqlarının qarşısının alınmasına yönəlib”.
Politoloq hesab edir ki, indiki məqamda Fransa öz səhvlərini anlamağa başlayıb və bu səhvlərin üzərinə bağlamağa çalışır:
“Cənubi Qafqazın ən aparıcı dövləti Azərbaycandır. İqtisadi baxımdan, inteqrasiya və potensial imkanlar baxımından Azərbaycanın böyük resursları var. Fransa bizimlə birləşdirən körpünü vurub dağıtmaq əvəzinə bu imkanlardan istifadə etməli idi. İndi isə görürlər və səhvlərini anlayırlar ki, Azərbaycanla yeni formatda münasibətlər qurmaq lazımdır”.
Tofiq Abbasov BMT-nin 81-ci sessiyası çərçivəsində keçirilən bu görüşün həm Paris, həm də Bakı üçün bir şans olduğunu bildirib. O əlavə edib ki, bu şansdan istifadə etmək lazımdır ki, arxada qalmış kin-küdurət aradan qaldırılsın.
“Azərbaycanın bu məsələdə başı ucadır, çünki bizim Fransa xalqına və diplomatik münasibətlərə qarşı heç bir pis niyyətimiz olmayıb, həmişə xalqlarımızın mənafeyinə uyğun hamar inkişafı dəstəkləmişik.
Hər halda, dialoqun devam etdirilməsi və hər iki tərəfin buna müsbət yanaşması çox vacib göstəricidir. Əgər anlaşılmazlıqlar varsa, onlar mütləq dialoq vasitəsilə müzakirə olunmalı və ortaq məxrəcə gəlinməlidir. Məhz bu baxımdan Ceyhun Bayramov ilə Jan-Noel Barro arasındaki görüş münasibətlərimizin yeni zəmində formalaşmasına və inkişafına xidmət edəcəkdir”,- deyə politoloq fikrini tamamlayıb.
Çimnaz Telmanqızı
Həmçinin oxuyun
21:15 / 25 Sentyabr 2026
4
21:13 / 25 Sentyabr 2026
1
21:09 / 25 Sentyabr 2026
20
20:54 / 25 Sentyabr 2026
104
20:49 / 25 Sentyabr 2026
24
20:44 / 25 Sentyabr 2026
32
20:39 / 25 Sentyabr 2026
35
20:39 / 25 Sentyabr 2026
77
20:25 / 25 Sentyabr 2026
48
20:03 / 25 Sentyabr 2026
72
19:59 / 25 Sentyabr 2026
51
19:58 / 25 Sentyabr 2026
55
19:54 / 25 Sentyabr 2026
67
19:52 / 25 Sentyabr 2026
72
19:47 / 25 Sentyabr 2026
51
19:39 / 25 Sentyabr 2026
572
19:38 / 25 Sentyabr 2026
66
19:27 / 25 Sentyabr 2026
341
19:20 / 25 Sentyabr 2026
68
19:10 / 25 Sentyabr 2026
58
18:59 / 25 Sentyabr 2026
72
18:46 / 25 Sentyabr 2026
69
18:32 / 25 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.