Yenidən Ombudsman seçildi
03 Noyabr 2026, 12:17
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
577
24.09.2026, 00:42
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyası (#UNGA81) çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ hökumətinin təşkilatçılığı ilə keçirilən "Sülh vasitəsilə rifah: Trans-Xəzər Ticarət Marşrutuna və TRIPP-ə investisiya" adlı tədbirdə çıxış edib.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd olunub ki, nazir çıxışı zamanı Azərbaycanın regional bağlantının gücləndirilməsi ilə bağlı baxışlarını təqdim edib. O bildirib ki, nəqliyyat və logistika əlaqələrinin inkişaf etdirilməsi regionda iqtisadi artımın sürətləndirilməsinə, təchizat zəncirlərinin dayanıqlığının artırılmasına və yeni investisiya imkanlarının yaradılmasına mühüm töhfə verə bilər.
Tədbirdə əsas diqqət TRIPP layihəsinə yönəlib. Qeyd olunub ki, Vaşinqton Sammitinin mühüm nəticələrindən biri kimi təqdim edilən TRIPP Azərbaycan ərazisinin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal nəqliyyat bağlantısının təmin edilməsini nəzərdə tutur. Vurğulanıb ki, layihə eyni zamanda daha geniş regional əlaqələrin inkişafına və regionda uzunmüddətli sülhün möhkəmləndirilməsinə töhfə verəcək.
Ceyhun Bayramov TRIPP-in həyata keçirilməsi istiqamətində ABŞ-ın səylərini yüksək qiymətləndirərək bu prosesdə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Xarici işlər naziri layihənin yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmadığını, regional enerji bağlantılarının və enerji mənbələrinin şaxələndirilməsinin inkişafı baxımından da əhəmiyyətli potensiala malik olduğunu vurğulayıb.
Çıxışda Azərbaycanın nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələrə də diqqət çəkilib. Bildirilib ki, Bakı Limanı və Ələt Azad İqtisadi Zonasının ətrafında inteqrasiya olunmuş nəqliyyat-logistika qovşağının formalaşdırılması istiqamətində investisiyalar davam etdirilir.
Nazir rəqəmsallaşdırmanın genişləndirilməsinin, logistika və gömrük prosedurlarının sadələşdirilməsinin, eləcə də regional tərəfdaşlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd edib. Bu baxımdan Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan arasında həyata keçirilən koordinasiya yol xəritələrinin regional nəqliyyat əlaqələrinin inkişafına xidmət etdiyi vurğulanıb.
Azərbaycanın yanaşmasına görə, Trans-Xəzər marşrutunun və TRIPP kimi yeni bağlantı layihələrinin inkişafı ölkələri və bazarları daha sıx birləşdirərək regional ticarət, investisiya və enerji əməkdaşlığı üçün əlavə imkanlar yarada bilər.
12:20 / 03 Noyabr 2026
15
12:17 / 03 Noyabr 2026
50
12:10 / 03 Noyabr 2026
77
12:06 / 03 Noyabr 2026
36
12:01 / 03 Noyabr 2026
67
11:59 / 03 Noyabr 2026
46
11:57 / 03 Noyabr 2026
52
11:46 / 03 Noyabr 2026
61
11:44 / 03 Noyabr 2026
54
11:40 / 03 Noyabr 2026
51
11:35 / 03 Noyabr 2026
70
11:33 / 03 Noyabr 2026
64
11:30 / 03 Noyabr 2026
417
11:22 / 03 Noyabr 2026
63
11:11 / 03 Noyabr 2026
67
11:10 / 03 Noyabr 2026
78
11:01 / 03 Noyabr 2026
389
10:51 / 03 Noyabr 2026
73
10:44 / 03 Noyabr 2026
182
10:39 / 03 Noyabr 2026
80
10:30 / 03 Noyabr 2026
180
10:27 / 03 Noyabr 2026
256
10:24 / 03 Noyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.