Prezident İlham Əliyev çıxış edib -DETALLAR
15 Oktyabr 2026, 22:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
411
04.09.2026, 21:19
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasında işgüzar səfərdədir. Səfər çərçivəsində parlamentin sədri Cenevrə Universitetində “Sülhün, dialoqun və davamlı inkişafın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusunda çıxış edib.
Oxu24.com xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Spiker Sahibə Qafarova çıxışında parlament diplomatiyasının beynəlxalq münasibətlərdə sülhün, dialoqun və əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib. O, bildirib ki, parlamentlər fikir ayrılıqlarının qarşıdurma deyil, müzakirə, qaydalar və məsuliyyət çərçivəsində idarə olunması üçün mühüm platformadır. Milli Məclisin sədri, ölkələr arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması, qarşı tərəfin mövqeyinin daha yaxşı anlaşılması və dialoqun davam etdirilməsi baxımından parlamentlərə mühüm imkanlar verildiyini söyləyib.
O, bildirib ki, parlament diplomatiyası müxtəlif formalarda, o cümlədən parlament rəhbərlərinin görüşləri, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, komitələrarası əməkdaşlıq, regional və qlobal parlament forumlarında iştirak vasitəsilə həyata keçirilir.
Münasibətlərin gərgin olduğu dövrlərdə parlament diplomatiyasının xüsusi əhəmiyyət daşıdığını vurğulayan Milli Məclisin sədri bildirib ki, belə vəziyyətlərdə parlamentlər əlaqələrin qorunmasına və tərəflər arasında ünsiyyətin davam etdirilməsinə töhfə verirlər. Spiker deyib ki, dialoq bütün problemləri dərhal həll etməsə də, tam səssizlik və əlaqələrin kəsilməsi gərginliyin daha da artmasına səbəb ola bilər. O, parlamentarilərin qarşılıqlı anlaşılmazlıqları aradan qaldırmaq, narahatlıqları izah etmək və müzakirənin davam etdirilə biləcəyi ortaq məqamları müəyyənləşdirmək imkanına malik olduğunu qeyd edib.
Sahibə Qafarova çıxışında dialoqu parlament diplomatiyasının əsasını təşkil edən amil kimi səciyyələndirib. Qeyd edilib ki, həqiqi dialoq yalnız mövqelərin ifadə olunmasından deyil, qarşı tərəfi dinləməkdən, onun mövqeyinin arxasında dayanan narahatlıqları anlamaqdan və qarşılıqlı etimadı formalaşdırmaqdan keçir.
O, sülh anlayışının yalnız münaqişənin və zorakılığın sona çatdırılması ilə məhdudlaşmadığını vurğulayıb. Parlamentin sədri bildirib ki, davamlı sülh üçün işlək institutların, ədalətli imkanların, sosial rifahın və insanların gələcəyə inamının təmin edilməsi vacibdir. Bu baxımdan sülh və davamlı inkişaf bir-biri ilə sıx bağlıdır.
Davamlı inkişafın sülhün möhkəmlənməsi üçün mühüm zəmin yaratdığını qeyd edən Sahibə Qafarova bildirib ki, bərabərsizlik, işsizlik, sosial təcrid və zəif institutlar cəmiyyətdə etimadı azaldır və qeyri-sabitliyə səbəb olur. O, parlamentlərin öz əllərindəki vasitələrdən istifadə edərək bu problemlərin həllinə töhfə verdiyini deyib.
Spiker parlamentlərarası əməkdaşlığın ölkələr arasında etimadın formalaşmasına xidmət etdiyini qeyd edib. Bildirilib ki, parlamentarilər təcrübə mübadiləsi aparmaq, müxtəlif ölkələrin qarşılaşdığı problemlərin həlli yollarını müzakirə etmək və bir-birlərinin təcrübəsindən yararlanmaqla əməkdaşlıq imkanlarını genişləndirə bilərlər.
Milli Məclisin sədri bildirib ki, parlament diplomatiyası ölkələr arasında fikir ayrılıqları olsa belə, dialoqun və əməkdaşlığın davam etdirilməsinə mühüm töhfə verir. Parlamentarilər təcrübə mübadiləsi apararaq bir-birindən öyrənə, yanlış anlaşılmaları aradan qaldıra və qarşılıqlı etimad yarada bilərlər. Bu əməkdaşlıq yalnız ikitərəfli münasibətlərdə deyil, regional və qlobal platformalarda da mühüm əhəmiyyət daşıyır.
O, qeyd edib ki, davamlı sülhün təmin olunması üçün yalnız siyasi razılaşmalar deyil, insanların təhlükəsizliyi, imkanları, sosial rifahı və dövlət institutlarına inamı da vacibdir. Parlament diplomatiyası dialoq üçün imkan yaradır, dialoq isə sülhün möhkəmlənməsinə şərait yaradır. Buna görə də parlamentlərin beynəlxalq əməkdaşlığı sülh və davamlı inkişaf üçün mühüm vasitələrdən biridir.
Çıxışına yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova parlament diplomatiyasını yalnız böyük sazişlərlə ölçməyin düzgün olmadığını bildirib. Spiker qeyd edib ki, böhranın dərinləşməsinin qarşısının alınmasında, anlaşılmazlığın aradan qaldırılmasında və çətin dövrdə münasibətlərin qorunub saxlanılmasında da parlament diplomatiyası əhəmiyyətini göstərir.

00:52 / 16 Oktyabr 2026
74
00:10 / 16 Oktyabr 2026
95
23:39 / 15 Oktyabr 2026
88
23:19 / 15 Oktyabr 2026
105
23:00 / 15 Oktyabr 2026
113
22:40 / 15 Oktyabr 2026
113
22:22 / 15 Oktyabr 2026
106
22:15 / 15 Oktyabr 2026
400
22:10 / 15 Oktyabr 2026
119
22:06 / 15 Oktyabr 2026
124
22:06 / 15 Oktyabr 2026
90
22:06 / 15 Oktyabr 2026
101
21:55 / 15 Oktyabr 2026
124
21:42 / 15 Oktyabr 2026
104
21:23 / 15 Oktyabr 2026
174
21:12 / 15 Oktyabr 2026
123
21:07 / 15 Oktyabr 2026
171
20:56 / 15 Oktyabr 2026
110
20:48 / 15 Oktyabr 2026
117
20:30 / 15 Oktyabr 2026
177
20:21 / 15 Oktyabr 2026
103
20:13 / 15 Oktyabr 2026
98
20:07 / 15 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.