Ərdoğan Zelenskini qəbul edib
31 Oktyabr 2026, 19:37
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
274
31.08.2026, 23:04
Bişkekdə keçirilən ŞƏT Zirvə toplantısı çərçivəsində Əliyevlə Paşinyanın görüşü baş tutdu. Görüşdə müzakirə edilən məsələlərlə bağlı hər iki tərəfin rəsmi açıqlamasının analogiyası tərəflər arasında gündəliklə bağlı dərin fikir ayrılığının olmadığını deməyə əsas verir.
- Vaşinqton razılaşmalarının əhəmiyyəti vurğulanıb.
Bu, təkcə tərəflərin sülh gündəliyini davam etdirməsi yox, eyni zamanda, qeyri-Qərb cəbhəsi olan ŞƏT çərçivəsində görüşdə də Vaşinqton anlaşmasına sadiqliklə bağlı ABŞ-a mesajın verilməsi hesab oluna bilər.
- Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit və ticarət əlaqələrinin qurulması, həmçinin, iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi müzakirə edilib.
Ticarət əlaqələrinin genişlənməsi sülh prosesinin inkişafına töhfə versə də, mövcud vəziyyətdə Azərbaycan Rusiyanın iqtisadi təzyiqi ilə üzləşən Ermənistan üçün alternativ imkanlardan biridir. Bu, Bakıya İrəvan üzərində təsir imkanlarını genişləndirmək imkanı yaradır.
- Sərhədin delimitasiyası üzrə komissiyaların işini davam etdirməsi razılaşdırılıb.
Delimitasiya prosesi anklavların – Sədərəyin Kərki və Qazaxın Bərxudarlı, Sofulu və Yuxarı Əskipara kəndlərinin qaytarılmasını nəzərdə tutur. Nikol Paşinyan bu yaxınlarda anklavların Ermənistana məxsus olmadığını bildirmişdi. Əlavə etmişdi ki, Cermuk (İstisu), Vayots Dzor (Dərəlyəz) və Tavuşda da sərhəd xəttinin xəritələrə uyğun gəlmədiyi ərazilər var. İstisna deyil ki, delimitasiya komissiyaları Tavuş istiqamətində razılaşdırılmış sərhəd xəttinin “şimaldan cənuba” prinsipi əsasında davam etdirəcək. Bu, sərhəd bölgəsində müəyyən ərazilərin Azərbaycana qaytarılması ilə nəticələnə bilər.
- Liderlər TRİPP layihəsi – Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bağlı praktiki addımları müzakirə ediblər.
Vaşinqton anlaşmasından sonra dəhlizin açılmasının praktiki mərhələsi gündəmdədir və Bakı sülh prosesinin tərkib hissəsi kimi gördüyü bu məsələnin icrasını nəzarətdə saxlayır. Rəsmi açıqlamada detallar qeyd olunmasa da, Əliyevlə Paşinyan Zəngəzur dəhlizinin Ermənistan hissəsində işlərin nə vaxt başlayacağını üzərində danışıqlar apardığı istisna deyil.
Tərəflər etimad mühitinin yaradılması məqsədilə parlament və vətəndaş cəmiyyətli nümayəndələri arasında əlaqələrin, o cümlədən, birbaşa ikitərəfli təmasların davam etdirilməsini razılaşdırıb. Görüş sülh prosesinin tamamlanması istiqamətində növbəti addımlardan biri kimi qiymətləndirilə bilər.
20:25 / 31 Oktyabr 2026
1
19:58 / 31 Oktyabr 2026
68
19:44 / 31 Oktyabr 2026
59
19:37 / 31 Oktyabr 2026
69
19:29 / 31 Oktyabr 2026
307
19:28 / 31 Oktyabr 2026
102
19:26 / 31 Oktyabr 2026
101
19:20 / 31 Oktyabr 2026
75
19:20 / 31 Oktyabr 2026
264
19:18 / 31 Oktyabr 2026
209
19:14 / 31 Oktyabr 2026
305
19:12 / 31 Oktyabr 2026
95
19:07 / 31 Oktyabr 2026
70
18:54 / 31 Oktyabr 2026
88
18:25 / 31 Oktyabr 2026
1682
17:00 / 31 Oktyabr 2026
239
16:58 / 31 Oktyabr 2026
1306
16:52 / 31 Oktyabr 2026
103
16:50 / 31 Oktyabr 2026
116
16:45 / 31 Oktyabr 2026
521
16:22 / 31 Oktyabr 2026
926
16:06 / 31 Oktyabr 2026
815
16:02 / 31 Oktyabr 2026
520
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.