Ərdoğan Ruanda ilə KDR arasında gərginliyin azaldılması səylərini dəstəkləyir
27 Avqust 2026, 21:40
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
38
28.08.2026, 10:37
Daxili İşlər Nazirliyi tələbələrə dələduzluğa məruz qalmamaları ilə bağlı müraciət edib..
Bu barədə Oxu24.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yeni tədris ilinin başlamasına az müddət qaldığından paytaxtda və ölkənin müxtəlif bölgələrində təhsil alacaq tələbələrin kirayə mənzil axtarışı da artıb:
"Bu vəziyyətdən istifadə edən dələduzlar müxtəlif elan platformalarında saxta kirayə mənzil təklifləri yerləşdirərək vətəndaşları aldadırlar.
Belə hallarda dələduzlar adətən mənzilin münasib qiymətə kirayə verildiyini bildirir, evi “saxlamaq” adı ilə əvvəlcədən beh tələb edirlər. Vətəndaş pul vəsaitini göndərdikdən sonra isə elan sahibi ilə əlaqə yaratmaq mümkün olmur, telefon zənglərinə və mesajlara cavab verilmir.
Bir daha vətəndaşlara, xüsusilə tələbələrə çağırış edərək mənzili görmədən, elan sahibinin kimliyini və mənzilə dair məlumatları dəqiqləşdirmədən heç bir halda əvvəlcədən pul vəsaiti göndərilməsin.
Həmçinin bazar qiymətindən xeyli aşağı məbləğə təklif olunan mənzillərə, “təcili beh göndərin”, “başqa müştəri gözləyir” kimi ifadələrlə vətəndaşı tələsdirən şəxslərə qarşı xüsusilə diqqətli olmaq tövsiyə olunur.
Belə hal ilə qarşılaşdıqda isə dərhal polisə məlumat verin".
11:01 / 28 Avqust 2026
8
10:58 / 28 Avqust 2026
21
10:50 / 28 Avqust 2026
22
10:40 / 28 Avqust 2026
33
10:20 / 28 Avqust 2026
53
10:15 / 28 Avqust 2026
47
09:59 / 28 Avqust 2026
53
09:45 / 28 Avqust 2026
60
09:30 / 28 Avqust 2026
63
09:15 / 28 Avqust 2026
68
09:02 / 28 Avqust 2026
63
09:00 / 28 Avqust 2026
64
08:58 / 28 Avqust 2026
64
23:43 / 27 Avqust 2026
71
23:03 / 27 Avqust 2026
97
22:25 / 27 Avqust 2026
118
22:03 / 27 Avqust 2026
183
21:40 / 27 Avqust 2026
76
21:18 / 27 Avqust 2026
131
20:57 / 27 Avqust 2026
123
20:40 / 27 Avqust 2026
123
20:27 / 27 Avqust 2026
95
20:22 / 27 Avqust 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.