Canı yayımda söyüş söyən sərxoş tiktoker həbs olundu
16 Noyabr 2026, 23:37
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
290
27.08.2026, 18:34
Bakıda qadını intim görüntüləri ilə şantaj edən, eləcə də 2 nəfərə qarşı dələduzluq əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb olunub.
“Qafqazinfo” xəbər verir ki, Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Mirzə Osmanova (bütün ad-soyadlar şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Məhkəmə onun Cinayət Məcəlləsinin 178 və 182.2.2-cü maddələri üzrə təqsirli hesab edilməsinə hökm edib.
Məlum olub ki, Mirzə Sumqayıtda 2 tanışının “iPhone” markalı telefonunu dələduzluq yolu ilə ələ keçirib.
O, həmçinin “TikTok” sosial şəbəkəsində paytaxtın Binəqədi rayonunda yaşayan Mirvari adlı qadınla tanış olub. Mirzə tanış olduğu Mirvari ilə elə bir gün sonra qadının yaşadığı evdə görüşüb. Daha sonra görüşlər mütəmadi xarakter alıb. Həmin vaxt Mirvarinin əri, övladı və qaynı digər otaqda yatmış vəziyyətdə olub. Görüşlər vaxtı kişi onun görüntülərini telefonla lentə alıb.
O, daha sonra görüntüləri yayacağı hədəsi ilə qadını qorxudub. Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazinin yaxınlığında ondan 1080 manat pul, 1 cüt 200 manat dəyərində qızıl sırğa və 1 ədəd 20 manat dəyərində qol saatını alıb. Daha sonra isə hədələyərək kartına 300 manat pul göndərməsinə nail olub. Təhdidlərinə davam edən Mirzə növbəti dəfə 2000 manat istəyib.
Şantajın davamlı olduğunu görən qadın daha sonra bu barədə digər tanışına danışıb. Onlar birlikdə polis şöbəsinə gedərək məlumat veriblər. Polisin keçirdiyi tədbirlərlə Mirzə Osmanov Binəqədi rayonu, “Azadlıq” metrostansiyasının yaxınlığında - görüş yeri təyin edilən ərazidə pulları alarkən tutulub.
Məhkəmənin hökmü ilə 22 yaşlı Mirzəyə 6 il həbs cəzası verilib.
23:58 / 16 Noyabr 2026
5
23:50 / 16 Noyabr 2026
38
23:37 / 16 Noyabr 2026
58
23:33 / 16 Noyabr 2026
62
23:25 / 16 Noyabr 2026
68
23:07 / 16 Noyabr 2026
83
22:57 / 16 Noyabr 2026
85
22:47 / 16 Noyabr 2026
90
22:30 / 16 Noyabr 2026
95
22:25 / 16 Noyabr 2026
127
22:21 / 16 Noyabr 2026
195
22:10 / 16 Noyabr 2026
125
21:59 / 16 Noyabr 2026
98
21:52 / 16 Noyabr 2026
135
21:46 / 16 Noyabr 2026
99
21:35 / 16 Noyabr 2026
124
21:30 / 16 Noyabr 2026
1750
21:24 / 16 Noyabr 2026
107
21:16 / 16 Noyabr 2026
120
21:01 / 16 Noyabr 2026
149
20:56 / 16 Noyabr 2026
115
20:54 / 16 Noyabr 2026
128
20:52 / 16 Noyabr 2026
161
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.