Bəxtiyar Həsənov Rusiyadan deportasiya edildi
17 Avqust 2026, 12:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
78
17.08.2026, 12:27
Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Babək Mürsəl oğlu Ələkbərova "general-leytenant" ali hərbi rütbəsi verilib.
Oxu24.com Babək Ələkbərovun dosyesini təqdim edir.
Babək Mürsəl oğlu Ələkbərov 24 dekabr 1987-ci ildə Abşeron rayonunda anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı (2023-cü ildən), Vətən Müharibəsi Qəhrəmanıdır.
Əslən Qərbi Azərbaycandandır.
Babək Ələkbərov 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub. Məzun olduqdan sonra Sərhəd Qoşunlarının Çevik Hərəkət Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə "İgidliyə görə" medalı ilə təltif edilib.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərib, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Babək Ələkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.
Ailəlidir, 3 övladı var.//oxu.az
13:40 / 17 Avqust 2026
8
13:37 / 17 Avqust 2026
14
13:24 / 17 Avqust 2026
41
13:22 / 17 Avqust 2026
33
13:21 / 17 Avqust 2026
30
13:15 / 17 Avqust 2026
36
13:09 / 17 Avqust 2026
38
13:04 / 17 Avqust 2026
43
13:02 / 17 Avqust 2026
78
12:57 / 17 Avqust 2026
75
12:55 / 17 Avqust 2026
47
12:49 / 17 Avqust 2026
58
12:46 / 17 Avqust 2026
54
12:37 / 17 Avqust 2026
340
12:27 / 17 Avqust 2026
111
12:26 / 17 Avqust 2026
62
12:23 / 17 Avqust 2026
79
12:20 / 17 Avqust 2026
187
12:17 / 17 Avqust 2026
91
12:09 / 17 Avqust 2026
409
11:57 / 17 Avqust 2026
289
11:55 / 17 Avqust 2026
67
11:55 / 17 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.