Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
06 Noyabr 2026, 18:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
234
17.08.2026, 11:40
Firəngiz Rəhimbəyova 5 avqust 1958-ci ildə Bakıda dünyaya gəlib. Anası Raisa erkən yaşda dünyasını dəyişir. Atası ikinci dəfə xalası qızı Sona ilə ailə qurur.
Firəngizi, demək olar ki, ögey anası böyüdüb, boya başa çatdırır, ali təhsil alması üçün dəstək olur, toyunu edir. Qadın uzun illər Bilgəhdə yerləşən qocalar evində yaşayır.
Firəngiz isə 80-ci illərdə Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilir. 1986-cı ildə müğənni Azərbaycanı "Yurmala-86" mahnı yarışmasında təmsil edərək dördüncü yerə layiq görülür. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov, Siyavuş Kərimi, Faiq Sücəddinov, Cəmil Əmirov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova "Əgər məni unutsan", "Bu sevgi", "İnanıram sevgiyə", "Səhra", "Uzaqlaşaq gəl", "Bir ümid", "Hifz eylə", "Uca dağlar", "Ana torpaq", "Məhəbbətim gələcək", "Qaragilə", xalq mahnıları "Gülə-gülə", "Bəri bax" və s. mahnılar ifa edir. Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə "Bəxt üzüyü" filmindəki Sevda rolu gətirir. İlk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə ABŞ-nin Los-Anceles şəhərinə köçür. 1999-cu ildə orada amerikalı memar Reymond Antoni ilə ailə həyatı qurub. Əsasən Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik edir və kiçik bizneslə məşğul olur. 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü 2" yenidən Seda roluna çəkilib. O, 2022-ci il avqustun 15-sı ürək tutmasından vəfat edib. Sənətçi 6 sentyabr 2022-ci ildə Kaliforniyada dəfn edilib.
Paylaşdl: Səbuhi Əsədli
18:33 / 06 Noyabr 2026
2
18:27 / 06 Noyabr 2026
62
18:24 / 06 Noyabr 2026
43
18:13 / 06 Noyabr 2026
59
17:55 / 06 Noyabr 2026
70
17:46 / 06 Noyabr 2026
77
17:42 / 06 Noyabr 2026
185
17:29 / 06 Noyabr 2026
104
17:24 / 06 Noyabr 2026
533
17:13 / 06 Noyabr 2026
103
16:54 / 06 Noyabr 2026
111
16:44 / 06 Noyabr 2026
104
16:36 / 06 Noyabr 2026
121
16:22 / 06 Noyabr 2026
121
16:17 / 06 Noyabr 2026
127
16:02 / 06 Noyabr 2026
123
15:54 / 06 Noyabr 2026
133
15:50 / 06 Noyabr 2026
154
15:43 / 06 Noyabr 2026
179
15:32 / 06 Noyabr 2026
139
15:21 / 06 Noyabr 2026
156
15:14 / 06 Noyabr 2026
150
15:13 / 06 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.