Prezident Ukrayna ilə bağlı QANUNU İMZALADI
12 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
354
13.08.2026, 17:59
Cənubi Qafqazda kommunikasiyaların bərpası və regional inteqrasiya məsələləri fonunda bölgənin yeni enerji xəritəsi formalaşır. Ermənistana təbii qaz tədarükünün diversifikasiyası üzrə İran və Azərbaycanla müzakirələrin aparılması barədə bu ölkənin hakim "Mülki müqavilə" partiyasının deputatı Sarkis Xandanyanın verdiyi açıqlama regional gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə TRIPP (Tramp Marşrutu) layihəsi çərçivəsində Ermənistan ərazisindən keçəcək kommunikasiya infrastrukturunun gələcəkdə Azərbaycan qazının Ermənistan bazarına çıxışını nə dərəcədə real perspektivə çevirməsi ekspertlər tərəfindən geniş təhlil olunur.
Naxçıvana və oradan da Türkiyə ilə Avropaya uzanacaq marşrutların qurulması bölgədə tamamilə yeni iqtisadi reallıqlar yaradır. Bu cür təşəbbüslər həm də region ölkələri arasında iqtisadi asılılığın və uzunmüddətli sabitliyin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, sözügedən TRIPP layihəsi özündə çox geniş və əhatəli sahələri birləşdirir.
İqtisadçı Pərviz Heydərov açıqlamasında bildirib ki, müzakirə olunan TRIPP layihəsi özündə yalnız avtomobil və ya dəmir yolunu ehtiva etmir. Bu layihə çərçivəsində eyni zamanda fiber-optik kabel xətlərinin çəkilməsi və digər müasir infrastruktur elementlərinin tətbiqi də nəzərdə tutulub. Əhatə dairəsi çox geniş bir konseptdir.
Onun sözlərinə görə, ölkə başçısının da Naxçıvana səfəri zamanı verdiyi müsahibədə vurğuladığı kimi, biz artıq enerji şəbəkələrimizi Rusiya, İran, Gürcüstan və Gürcüstan vasitəsilə Türkiyə ilə inteqrasiya etmişik:
“İndi isə Ermənistan ərazisindən keçməklə Naxçıvana, oradan da Türkiyə və Avropaya uzanacaq yeni enerji dəhlizinin yaradılması planlaşdırılır və bu istiqamətdə işlər davam edir”.
İqtisadçı dövlət başçısının fikirlərinə istinad edərək qeyd edib ki, ərazidə artıq zəruri işlər görülüb:
"Prezident müsahibəsində xüsusi olaraq toxunmuşdu ki, biz öz ərazimizdə, hətta dəniz səviyyəsindən xeyli yüksəklikdə olan çətin relyeflərdə belə elektrik xətlərinin çəkilməsi, dirəklərin quraşdırılması işlərini başa çatdırmışıq. İndi analoji məsələlərin Ermənistan ərazisində də həlli qarşıda duran əsas vəzifələrdən biridir.
Hətta bu günlərdə Ermənistanın baş naziri də müsahibəsində bildirmişdi ki, Azərbaycan mütəxəssisləri onların ərazisində olublar və bununla bağlı müvafiq təhlil, tədqiqat işləri aparıblar”.
O həmçinin, vurğulayıb ki, bütün bu addımlar gələcəkdə Azərbaycan qazının Ermənistana satılmasını tamamilə real edir:
"Bütün bu faktlar göstərir ki, TRIPP layihəsi çərçivəsində təkcə nəqliyyat marşrutları deyil, enerji daşıyıcılarının da keçidi planlaşdırılır. Prezident öz çıxışında açıq şəkildə bildirdi ki, fiber-optik kabellər və elektrik xətləri ilə yanaşı, gələcəkdə ehtiyac yaranarsa, bu marşrut üzrə neft və qaz kəmərlərinin də çəkilməsi mümkündür”.
Son olaraq P.Heydərov əlavə edib ki, bütün bu layihələr baş tutacağı təqdirdə, Ermənistanın Azərbaycanın enerji resurslarından faydalanması tamamilə təbii və qaçılmaz proses olacaq. Necə ki, bu gün biz Ermənistana müəyyən neft məhsulları və enerji daşıyıcıları ixrac edirik, yakın perspektivdə Azərbaycanın Ermənistana birbaşa təbii qaz satacağı da tamamilə real hesab olunur.
Çimnaz Telmanqızı
00:44 / 13 Oktyabr 2026
116
00:38 / 13 Oktyabr 2026
28
00:35 / 13 Oktyabr 2026
171
00:33 / 13 Oktyabr 2026
38
00:13 / 13 Oktyabr 2026
72
00:08 / 13 Oktyabr 2026
132
00:07 / 13 Oktyabr 2026
136
00:05 / 13 Oktyabr 2026
83
23:56 / 12 Oktyabr 2026
72
23:49 / 12 Oktyabr 2026
141
23:46 / 12 Oktyabr 2026
658
23:32 / 12 Oktyabr 2026
119
23:25 / 12 Oktyabr 2026
90
23:17 / 12 Oktyabr 2026
114
23:16 / 12 Oktyabr 2026
97
23:14 / 12 Oktyabr 2026
165
23:04 / 12 Oktyabr 2026
80
23:04 / 12 Oktyabr 2026
1142
23:01 / 12 Oktyabr 2026
111
22:54 / 12 Oktyabr 2026
121
22:43 / 12 Oktyabr 2026
130
22:42 / 12 Oktyabr 2026
104
22:39 / 12 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.