Qaynar xətt:

(+99450) 247 90 86

Slovakiya Prezidenti: Qarabağda görülən işlər heyranedicidir

Slovakiya Prezidenti: Qarabağda görülən işlər heyranedicidir

SİYASƏT

66

14.07.2026, 11:11

Azərbaycanda rəsmi səfərdə olmaqdan və Qarabağa gəlməkdən çox məmnunam.

Oxu24.com xəbər verir ki, bunu Slovakiyanın Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra birgə bəayanat zamanı deyib.

O bildirib ki, bu gün burada olmaqdan böyük şərəf duyur:

"Mən və həmkarlarım burada genişmiqyaslı bərpa və yenidənqurma işlərinin şahidi oluruq. Qısa müddət ərzində əldə etdiyiniz nailiyyətləri xüsusilə vurğulamaq istəyirəm. Mənim üçün qürurvericidir ki, Slovakiya şirkətləri də bu regionun inkişafına öz töhfələrini verirlər. Ümid edirəm ki, onlar bundan sonrakı layihələrdə də iştirak edəcəklər".

Peter Pelleqri bildirib ki, Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlıq sadəcə bir sənəd deyil:

"Ölkələrimiz arasında qarşılıqlı etimada, əməkdaşlığa və ortaq maraqlara əsaslanan münasibətlərin ifadəsidir".