Prezident İMZALADI: İyulun 1-dən qüvvəyə minir
29 İyun 2026, 15:01
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
71
29.06.2026, 15:05
Gələn həftə Cənubi Qafqaz regionunda mühüm beynəlxalq və strateji əhəmiyyətli hadisənin baş tutması gözlənilir.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin həm Azərbaycana, həm də Ermənistana rəsmi səfəri planlaşdırılır. Avropanın ali rəhbərliyinin hər iki ölkəyə eyni vaxtda reallaşdıracağı bu səfər regionun gələcək siyasi mənzərəsi, təhlükəsizlik arxitekturası və iqtisadi-tranzit əlaqələri baxımından ciddi suallar doğurur. Xüsusilə qlobal güclərin qarşıdurması fonunda Avropa İttifaqının (Aİ) Cənubi Qafqaza yönələn bu yüksəkdiqqəti təsadüfi hesab oluna bilməz.
Avropa Komissiyası Prezidentinin bu addımının pərdəarxası məqamlarını və regiona verilən siyasi mesajları Oxu24.com üçün beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı şərh edib.
Tədqiqatçı Həşim Səhrablı bildirir ki, Ursula fon der Lyayenin belə bir vaxtda regiona gəlməsi tamamilə Avropa İttifaqının maraqlarının təmin olunması nöqtəyi-nəzərindən təşkil edilir. Bu maraqlar isə hazırda Rusiya və İranla baş verən qlobal hadisələr fonunda daha da aktuallaşıb:
“Bu gün Şərq-Qərb dəhlizlərinin, tranzit layihələrinin açılması dünya gündəminin əsas mövzusudur. Yeni dünya düzəninə hazırlıq mərhələsində tranzit yollarının işə düşməsi bütün dövlətlər üçün bir nömrəli məsələyə çevrilib. Artıq dəniz yolları əvvəlki qədər təhlükəsiz deyil, həm də xərclər çoxdur. Quru yolları isə daşınmalar üçün daha effektivdir. Çünki hər bir dövlət öz ərazisindən keçən hissənin təhlükəsizliyinə cavabdeh olur, xərclər azalır”.
Müsahibimizin sözlərinə görə, Şərqdən Qərbə ticarətin reallaşması üçün üç əsas alternativ var: Rusiya, İran və Cənubi Qafqaz. Lakin Avropa İttifaqı ilk iki variantı tamamilə etibarsız hesab edir:
1.Rusiya və İran xətti təhlükəli bəyan edilir: Qərb bu ölkələrlə yaşanan gərginliklərə görə həmin yollara təhlükəsiz yanaşmır.
2.Strateji asılılıqdan qaçış: Enerji məsələsində Rusiyadan asılı olan və bunun acısını çəkən Avropa, tranzit məsələsində də eyni səhvə yol vermək, yəni özünü Rusiya və İrandan asılı vəziyyətə salmaq istəmir. İrana və Rusiyaya belə bir rıçaq vermək Avropanın strateji maraqlarına ziddir.
Həşim Səhrablı vurğulayır ki, tranzit layihələrində Azərbaycanın rolu unikaldır və Avropa bunu çox yaxşı anlayır. Şərq-Qərb və Orta Dəhliz layihələrində Azərbaycan əsas həlqədir:
“Cənubi Qafqazda Gürcüstan və Ermənistan bir-birinə alternativ ola bilər (biri bağlansa, digərindən istifadə edilə bilər). Lakin Mərkəzi Asiyadan çıxan layihələrin Avropaya çatması üçün Azərbaycan mütləq keçid məntəqəsidir, onun alternativi yoxdur.
Azərbaycan heç vaxt imperialist maraqlarla çıxış etməyib, digər ölkələrə şovinist iddialar irəli sürməyib. Bakı "mən hamıdan güclü olmalıyam, mənim sözüm qanundur" prinsipindən uzaqdır, beynəlxalq hüquqa və bərabərhüquqlu tərəfdaşlığa önəm verir.
Məhz bu səbəbdən Avropa Komissiyasının Prezidenti regionda sülh mühitinin formalaşmasında və ticarət yollarının təhlükəsizliyində Azərbaycan qədər maraqlıdır”.
Tədqiqatçının fikrincə, bu səfər həm də region uğrunda mübarizənin daha da gərginləşəcəyindən xəbər verir:
“Nə İran, nə də Rusiya istəməz ki, belə bir qlobal layihədən kənarda qalsınlar. Onlar yolların öz ərazilərindən keçməsini arzulayırlar ki, həm iqtisadi mənfəət əldə etsinlər, həm də bunu bir təzyiq vasitəsinə çevirsinlər. Fon der Lyayenin səfəri həm də ona hesablanıb ki, Rusiya-İran ətrafında məsələlər tam həllini tapmasa da, gələcəkdə bu regionda siyasi hərarət artacaq. Qərb mərkəzli güclərlə Rusiya-İran ittifaqı arasında Cənubi Qafqaz uğrunda ciddi mübarizə alovlana bilər”.
Qlobal oyunçular: Çin və Türkiyə nə edəcək?
Bu böyük geosiyasi oyunda Həşim Səhrablı iki mühüm dövlətin – Çin və Türkiyənin mövqeyinin təhlil edilməsini vacib sayır:
“Pekin artıq beynəlxalq oyunun qaydalarını dəyişən əsas güclərdən biridir. O, Rusiyanı Avropanın cəngindən aldı, gizli və aşkar dəstəklərlə İranı ABŞ və İsrailin təzyiqlərindən qorudu. Çinin regiondakı proseslərə verəcəyi qərarlar həlledici olacaq.
Türkiyə isə Cənubi Qafqazın birbaşa qonşusudur və regionun əsas ölkəsi olan Azərbaycanın hərbi-siyasi müttəfiqidir. Eyni zamanda, Ermənistan hazırda Türkiyə ilə düşmənçiliyə son qoyub barış siyasəti yürütməyə çalışır. Türkiyə bu yolların Avropaya açılan son təhlükəsiz qapısıdır”.
Yekun rəy: “Azərbaycanın balanslı siyasəti ən effektiv yoldur”
Ekspert yekun olaraq qeyd edir ki, qlobal güclərin planlarından asılı olmayaraq, regionda status-kvonu formalaşdıran əsas güc məhz Azərbaycandır:
“Azərbaycan yeni dünyaya çoxşaxəlilik və tərəfsizlik prinsipi ilə yanaşır. Bakı hərbi-siyasi münaqişələrdə tərəf tutmur, bütün güc mərkəzləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlər qurur. Əgər Qərb də bizə eyni səmimiyyətlə yanaşarsa, bu sistem həm Cənubi Qafqazı münaqişələrdən qoruyacaq, həm də dünya iqtisadiyyatını böhrandan xilas edərək daha yaşanıqlı bir düzən bərqərar edəcək”.
Çimnaz Telmanqızı
16:27 / 29 İyun 2026
1
16:13 / 29 İyun 2026
30
16:08 / 29 İyun 2026
31
16:04 / 29 İyun 2026
37
15:55 / 29 İyun 2026
177
15:53 / 29 İyun 2026
63
15:50 / 29 İyun 2026
54
15:40 / 29 İyun 2026
122
15:40 / 29 İyun 2026
53
15:35 / 29 İyun 2026
57
15:20 / 29 İyun 2026
54
15:17 / 29 İyun 2026
241
15:01 / 29 İyun 2026
651
14:58 / 29 İyun 2026
669
14:50 / 29 İyun 2026
61
14:37 / 29 İyun 2026
83
14:32 / 29 İyun 2026
159
14:00 / 29 İyun 2026
77
13:47 / 29 İyun 2026
102
13:31 / 29 İyun 2026
160
13:20 / 29 İyun 2026
521
13:12 / 29 İyun 2026
144
13:06 / 29 İyun 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.