Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü
16 İyun 2026, 18:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
13071
07.05.2026, 13:45
Şəhid minatəmizləyənlərin ailə üzvlərinə təhsil güzəşti: Xaricdə oxuyanlara da şamil olunacaqmı?
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən yeni qərara əsasən, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyəti zamanı həlak olan şəxslərin ailə üzvlərinin təhsil haqları dövlət büdcəsi hesabına qarşılanacaq. Bu barədə Prezident İlham Əliyevin mayın 5-də imzaladığı "Təhsil haqqında" Qanunda qeyd olunub.
Bu mühüm sosial qərarın icra mexanizmi və əhatə dairəsi ilə bağlı yaranan suallara təhsil eksperti Elçin Murad Oxu24.com-a açıqlamasında aydınlıq gətirib.
Xaricdə təhsil alanlara bu güzəşt şamil olunacaqmı?
Ekspert Elçin Murad bildirib ki, qanunvericilikdə nəzərdə tutulan güzəştlər birbaşa olaraq ölkə daxilindəki təhsil müəssisələrinə aiddir. Onun sözlərinə görə, xaricdə təhsil alan tələbələrin maliyyə xərclərinin qarşılanması məsələsi daha mürəkkəbdir:
"Əgər tələbə dövlət xətti ilə deyil, hansısa özəl şirkətin vasitəçiliyi və sadəcə attestatla xaricə üz tutubsa, onun xərclərinin dövlət tərəfindən qarşılanması mümkün deyil. Çünki bu hallarda çox vaxt həmin diplomlar ölkəmizdə tanınmır və dövlət büdcə ayırmır".
Ekspert vurğulayıb ki, yalnız beynəlxalq imtahanlar (YÖS, SAT, IELTS, TOEFL) vasitəsilə rəsmi qaydada xaricdə təhsil alan şəxslər fərqli statusa malikdir:
"Bu proqramlarla oxuyan gənclərin diplomları ölkəmizdə tanınır. Belə olan halda, şəxs öz şəxsi həssas vəziyyəti, xüsusən də şəhid ailəsi statusu ilə bağlı dövlətə müraciət edərək maliyyə yardımı istəyə bilər. Bu zaman dövlətin köməklik göstərməsi mümkündür, çünki müraciət artıq rəsmi üsulla təhsil alan şəxs tərəfindən edilir".
"Gənclər xaricə üz tutmasın"
Mövzuya sistemli yanaşan Elçin Murad sonda qeyd edib ki, əsas hədəf ölkə daxilində elə bir şərait yaratmaq olmalıdır ki, potensiallı gənclərimiz xaricə getməyə ehtiyac duymasınlar.
Xatırladaq ki, yeni qərar azad olunmuş ərazilərdə həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinin həm dövlət, həm də özəl ali və orta ixtisas müəssisələrində ödənişsiz təhsil almasını təmin edir.
Çimnaz Telmanqızı
19:28 / 16 İyun 2026
1
19:18 / 16 İyun 2026
79
19:06 / 16 İyun 2026
33
18:58 / 16 İyun 2026
42
18:46 / 16 İyun 2026
47
18:39 / 16 İyun 2026
129
18:29 / 16 İyun 2026
48
18:19 / 16 İyun 2026
54
18:09 / 16 İyun 2026
49
18:00 / 16 İyun 2026
61
17:55 / 16 İyun 2026
57
17:52 / 16 İyun 2026
55
17:50 / 16 İyun 2026
54
17:35 / 16 İyun 2026
129
17:23 / 16 İyun 2026
147
17:19 / 16 İyun 2026
86
17:16 / 16 İyun 2026
76
17:14 / 16 İyun 2026
122
17:10 / 16 İyun 2026
174
17:02 / 16 İyun 2026
201
16:59 / 16 İyun 2026
171
16:57 / 16 İyun 2026
104
16:56 / 16 İyun 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.