Qaynar xətt:

(+99450) 247 90 86

“Onlar sövdələşməyə daxil edilməyiblər” 

“Onlar sövdələşməyə daxil edilməyiblər” 

SİYASƏT

74

08.04.2026, 22:46

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunmuş iki həftəlik müvəqqəti atəşkəs razılaşmasının təfərrüatları ilə bağlı danışıb.

Oxu24.com “RİA Novosti”yə istinadla xəbər verir ki, Ağ Ev rəhbəri İsrailin Livana endirdiyi zərbələrin dayandırılmasının niyə sazişə daxil edilməməsinə aydınlıq gətirib.

Tramp bunun birbaşa “Hizbullah” hərəkatı ilə bağlı olduğunu bildirib:

“Hizbullah”a görə... Onlar sövdələşməyə daxil edilməyiblər, amma bunun da çarəsinə baxılacaq. Hər şey qaydasındadır”.

Qeyd edək ki, atəşkəs elan olunduqdan sonra İran Hörmüz boğazını bir neçə saatlıq gəmilərin hərəkəti üçün açsa da, İsrailin Livandakı hədəfləri vurmasından sonra boğazı yenidən blokadaya alıb.Qafqazinfo