Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası
12 Noyabr 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
10111
08.04.2026, 22:40
Milli Məclisdə Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirələrə səbəb olub. Belə ki, yeni qaydalara əsasən, eyni və ya bərabər dəyərli iş görən işçilərə cinsindən asılı olmayaraq bərabər əməkhaqqı verilməsi işəgötürənlər üçün öhdəlik kimi müəyyənləşdirilir. Dəyişikliklərin məqsədi qadınlarla kişilər arasında mövcud maaş fərqini azaltmaqdır. Gözlənilir ki, bu addımlar nəticəsində bəzi sahələrdə qadınların əməkhaqlarında artım müşahidə olunacaq.
Bu, hansı peşələrdə çalışan qadınlara şamil oluna bilər?
Oxu24.com xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, ekspert Akif Nəsirli deyib ki, bu dəyişikliklər Əmək Məcəlləsində bərabər əməkhaqqı prinsipinin tətbiqi ilə bağlıdır:
"Yeni qayda cinsiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlib. Qanun layihəsinə əsasən, bu prinsip bütün peşə və fəaliyyət sahələrinə – dövlət və özəl sektorda çalışan müəllimlərə, həkimlərə, dövlət qulluqçularına, ofis əməkdaşlarına şamil olunur. Eyni zamanda, istehsal və xidmət sahələrində çalışan fabrik, zavod işçiləri, market, restoran əməkdaşları, bank və maliyyə sektoru nümayəndələri də bu sırada yer alır”.
Ekspert bildirib ki, texniki, idarəedici vəzifələrdə çalışan mühəndislər, proqramçılar, menecerlər və layihə rəhbərləri də sözügedən hüquqdan yararlanır:
"Həmçinin, ənənəvi olaraq "kişi işləri” hesab edilən tikinti, nəqliyyat və təhlükəsizlik sahələrində fəaliyyət göstərən qadınlar da bu prinsiplə əhatə olunur. Qanun cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli iş görən hər kəsə tətbiq olunacaq. Bütün sahələr üzrə əməkhaqqı bərabərliyinin təmin edilməsinə xidmət edəcək”.
15:55 / 12 Noyabr 2026
1
15:36 / 12 Noyabr 2026
135
15:15 / 12 Noyabr 2026
28
15:12 / 12 Noyabr 2026
62
14:15 / 12 Noyabr 2026
110
14:04 / 12 Noyabr 2026
301
13:59 / 12 Noyabr 2026
267
13:55 / 12 Noyabr 2026
110
13:45 / 12 Noyabr 2026
185
13:36 / 12 Noyabr 2026
232
13:29 / 12 Noyabr 2026
110
13:21 / 12 Noyabr 2026
125
13:20 / 12 Noyabr 2026
150
13:18 / 12 Noyabr 2026
474
13:16 / 12 Noyabr 2026
142
13:07 / 12 Noyabr 2026
408
13:04 / 12 Noyabr 2026
102
13:00 / 12 Noyabr 2026
106
12:40 / 12 Noyabr 2026
122
12:25 / 12 Noyabr 2026
155
12:05 / 12 Noyabr 2026
148
11:55 / 12 Noyabr 2026
132
11:50 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.