Dövlət dəstəyi ilə çəkiləcək filmlərin pitçinqinin birinci mərhələsi keçirilib
30 Sentyabr 2026, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
754
08.04.2026, 22:08
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) nəqliyyat sektorunda yeni dövlət standartları qəbul edib.
Oxu24.com AZSTAND-a istinadən xəbər verir ki, qəbul olunan standartlar BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) müvafiq qaydaları əsasında hazırlanıb.
Onlar aşağıdakılardır:
- AZS ECE 9:2026 (UN Regulation №9) "Səs emissiyası baxımından L2, L4 və L5 kateqoriyalı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar";
- AZS ECE 10:2026 (UN Regulation №10) "Elektromaqnit uyğunluğu ilə bağlı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";
- AZS ECE 11:2026 (UN Regulation №11) "Qapı kilidləri və qapının saxlayıcı qurğuları ilə bağlı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";
- AZS ECE 12:2026 (UN Regulation №12) "Zərbə zamanı sürücünün sükan idarə olunma sistemindən qorunması baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";
- AZS ECE 13H:2026 (UN Regulation №13H) "Sərnişin avtomobillərinin əyləc sistemləri baxımından rəsmi təsdiqinə dair vahid müddəalar";
- AZS ECE 14:2026 (UN Regulation №14) "Təhlükəsizlik kəmərlərinin bərkidilməsi baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";
- AZS ECE 17:2026 (UN Regulation №17) "Oturacaqlar, onların bərkitmələri və başaltıları baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";
- AZS ECE 25:2026 (UN Regulation №25) "Nəqliyyat vasitələrinin oturacaqlarına quraşdırılmış və ya quraşdırılmamış başaltıların rəsmi təsdiqinə dair vahid müddəalar";
- AZS ECE 26:2026 (UN Regulation №26) "Xarici çıxıntıları baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";
- AZS ECE 37:2026 (UN Regulation №37) "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının təsdiq edilmiş fənərlərində istifadəsi üçün nəzərdə tutulmuş közərmə lampalarının rəsmi təsdiqinə dair vahid müddəalar".
Bu dövlət standartları M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin hərəkət şəraitində yaratdığı səs-küy səviyyələrinin ölçülməsi və qiymətləndirilməsi, elektromaqnit uyğunluğunun təmin edilməsi, qapı kilidləri, sükan idarəolunma və əyləc sistemləri, təhlükəsizlik kəmərlərinin bərkitmələri, oturacaqların və başaltıların möhkəmliyi, nəqliyyat vasitələrinin xarici çıxıntıları və fənərlərdə istifadə olunan lampaların texniki göstəricilərinin qiymətləndirilməsi və təhlükəsizliyi sahələrini əhatə edir.
Sözügedən dövlət standartı layihələri "2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı"nın icrası çərçivəsində Daxili İşlər Nazirliyi yanında Baş Dövlət Yol Polisi İdarəsinin sədrlik etdiyi "Yol nəqliyyatı" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 19) təqdimatı əsasında qəbul edilib və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
15:08 / 30 Sentyabr 2026
7
14:49 / 30 Sentyabr 2026
36
14:36 / 30 Sentyabr 2026
41
14:24 / 30 Sentyabr 2026
55
14:22 / 30 Sentyabr 2026
81
14:11 / 30 Sentyabr 2026
56
14:02 / 30 Sentyabr 2026
236
13:57 / 30 Sentyabr 2026
66
13:50 / 30 Sentyabr 2026
58
13:45 / 30 Sentyabr 2026
79
13:41 / 30 Sentyabr 2026
62
13:31 / 30 Sentyabr 2026
1067
13:19 / 30 Sentyabr 2026
62
13:18 / 30 Sentyabr 2026
59
13:16 / 30 Sentyabr 2026
112
13:10 / 30 Sentyabr 2026
55
12:58 / 30 Sentyabr 2026
59
12:48 / 30 Sentyabr 2026
58
12:39 / 30 Sentyabr 2026
99
12:33 / 30 Sentyabr 2026
58
12:24 / 30 Sentyabr 2026
70
12:20 / 30 Sentyabr 2026
66
12:17 / 30 Sentyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.