Tramp: NATO ölkələri İrana qarşı əməliyyatlarda iştirak etməyəcəklər
17 Mart 2026, 20:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
212
17.03.2026, 18:11
“Yaxın Şərqdəki müharibənin ağırlıq mərkəzi artıq Hörmüz boğazı ətrafında yaranmış situasiyanın üzərinə yönəlir. Çünki Hörmüz boğazı dünya iqtisadiyyatı üçün olduqca önəmli, vazkeçilməz bir faktordur. Dünya bazarlarına çıxarılan neft məhsullarının beşdə biri bu boğaz üzərindən daşınır. Ona görə də hazırda Hörmüz boğazından təhlükəsiz istifadənin təmin olunması məsələsi artıq yalnız hansısa dövlətlərin deyil, bütövlükdə dünya iqtisadiyyatının gələcəyini müəyyən edə biləcək məsələdir”.
Oxu24.com-un Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirdi.
Müsahibimiz vurğuladı ki, ABŞ-yə dünya dövlətləri tərəfindən bir çox müraciətlər olunub ki, Hörmüz boğazında təhlükəsizlik təmin olunsun:
“Amma ABŞ təkbaşına buna nail ola bilmir. Ona görə də Donald Tramp administrasiyası NATO üzrə müttəfiqlərinə müraciət edib. Ancaq NATO üzrə müttəfiqlər də Tramp administrasiyasının bu müraciətlərinə müsbət cavab verməkdən yayınırlar. Çünki Hörmüz boğazında situasiya olduqca təhlükəlidir və heç bir dövlət, o cümlədən NATO üzvü olan ölkələr bu məsələyə qarışmaq istəmir”.
Həmçinin oxuyun

Elçin Xalidbəylinin fikrincə, Hörmüz boğazındakı situasiyaya müdaxilə NATO üzvü olan dövlətləri sonradan Yaxın Şərqdəki savaşın iştirakçısına çevirə bilər:
“Ona görə də dövlətlər ehtiyat edirlər və Yaxın Şərqdəki savaşın iştirakçısı olmaq istəmədiklərinə görə Tramp administrasiyasının müraciətlərinə mənfi cavab verirlər. Bu da onu göstərir ki, situasiyanın daha da gərginləşmə ehtimalı tamamilə realdır. Hələlik anlaşılan ondan ibarətdir ki, NATO üzrə müttəfiqlər ABŞ-ni Yaxın Şərqdəki savaşa münasibətdə demək olar ki, tək buraxıblar. ABŞ faktiki olaraq Yaxın Şərqdə savaş bataqlığına düşüb və indi bu situasiyadan da məhz təkbaşına çıxmaq məcburiyyətindədir”.
21:31 / 17 Mart 2026
5
21:30 / 17 Mart 2026
21
21:19 / 17 Mart 2026
29
21:09 / 17 Mart 2026
1447
21:09 / 17 Mart 2026
42
20:59 / 17 Mart 2026
322
20:54 / 17 Mart 2026
38
20:53 / 17 Mart 2026
47
20:44 / 17 Mart 2026
113
20:43 / 17 Mart 2026
143
20:38 / 17 Mart 2026
164
20:35 / 17 Mart 2026
160
20:31 / 17 Mart 2026
122
20:20 / 17 Mart 2026
279
20:19 / 17 Mart 2026
54
20:15 / 17 Mart 2026
65
20:09 / 17 Mart 2026
90
19:59 / 17 Mart 2026
101
19:49 / 17 Mart 2026
105
19:39 / 17 Mart 2026
106
19:29 / 17 Mart 2026
84
19:19 / 17 Mart 2026
71
19:08 / 17 Mart 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.