Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Azərbaycana İl-76 təyyarəsi GÖNDƏRDİ 

Rusiya Azərbaycana İl-76 təyyarəsi GÖNDƏRDİ 

SİYASƏT

128

03.03.2026, 19:45

Rusiya İrandan vətəninə qayıdan vətəndaşları təxliyə edir.

Oxu24.com  xəbər verir ki, bu barədə RIA Novosti Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyi İrandan qaçan rus vətəndaşlarını Moskvaya gətirmək üçün Azərbaycana İl-76 təyyarəsi göndərib.

Açıqlamada bildirilir: “İranı quru keçid məntəqələrindən tərk edən Rusiya vətəndaşlarını Moskvaya təxliyə etmək üçün Moskva yaxınlığındakı Jukovski hava limanından xüsusi reys yola düşüb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Təcili Psixoloji Yardım Mərkəzinin həkimləri və psixoloqlarından ibarət qrup vətəndaşları müşayiət edəcək və onlara lazımi yardımı göstərməyə hazırdır”.

Habelə qeyd olunur ki, xaricdən rusların qaytarılması prosesi ölkə Prezidenti Vladimir Putin və Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun göstərişi ilə təşkil edilib.Redaktor.az