Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
13 Noyabr 2026, 17:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
832
03.03.2026, 20:04
Martın 3-də Bakı Ali Neft Məktəbində ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Oxu24.com xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul prosesinə həsr olunmuş görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, elm və təhsil nazirinin müavinləri, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev gündəlikdə yer alan məsələləri qeyd edib və müzakirəsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Biliyin qiymətləndirilməsi və ali təhsil müəssisələrinə tələbə qəbulu” mövzusunda geniş təqdimatla çıxış edib. Sədr müasir dövrdə ölçülməsi vacib olan bilik və bacarıqlardan bəhs edib, xüsusilə rəqəmsal savadlılığın qiymətləndirilməsində əsas məqamları diqqətə çatdırıb. Qeyd olunub ki, qəbul prosesi məqsədyönlü və məsuliyyətli təhsil trayektoriyasının başlanğıcı kimi formalaşdırılmalıdır.
Çxışında ali təhsil müəssisələri ilə bağlı mövcud problemlərə və həlli yollarına toxunan Emin Əmrullayev bu sahədə gələcək fəaliyyət istiqamətləri barədə də ətraflı məlumat verib. Nazir ali təhsil müəssisələri arasında rəqabət mühitinin gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıb, bunun təhsilin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq reytinqlərdə mövqelərin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Görüş çıxışlardan sonra qarşılıqlı müzakirə formatında davam etdirilib, mövcud məsələlər ətrafında fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib.Redaktor.az


17:18 / 13 Noyabr 2026
1
17:13 / 13 Noyabr 2026
41
17:07 / 13 Noyabr 2026
51
16:59 / 13 Noyabr 2026
60
16:51 / 13 Noyabr 2026
77
16:37 / 13 Noyabr 2026
107
16:29 / 13 Noyabr 2026
81
16:08 / 13 Noyabr 2026
190
16:00 / 13 Noyabr 2026
91
15:42 / 13 Noyabr 2026
318
15:37 / 13 Noyabr 2026
97
15:30 / 13 Noyabr 2026
97
15:01 / 13 Noyabr 2026
104
14:59 / 13 Noyabr 2026
226
14:50 / 13 Noyabr 2026
121
14:46 / 13 Noyabr 2026
108
14:33 / 13 Noyabr 2026
121
14:24 / 13 Noyabr 2026
595
14:17 / 13 Noyabr 2026
483
14:12 / 13 Noyabr 2026
119
14:05 / 13 Noyabr 2026
215
14:00 / 13 Noyabr 2026
118
13:43 / 13 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.