Rusiya Ukraynanın 1198 dronunu vurub
13 Noyabr 2026, 12:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
793
03.03.2026, 20:23
"Biz Netanyahunun görüşlərinin yerini bilirik".
Oxu24.com xəbər verir ki, bunu İran Silahlı Qüvvələrin Ali Komandanının Ali Məsləhətçisi general-mayor Seyid Yəhya Rəhim Səfəvi deyib.
"Mənim siyasi təhlilim budur ki, Tramp Netanyahunun əlində oyuncağa çevrilib. Yəni o, Amerikanı sionist rejimi üçün qurban verir. Bir çox amerikalı siyasətçi də vergi ödəyicilərinin pullarının və Amerika əsgərlərinin həyatının niyə Netanyahu və sionist rejimi üçün qurban verilməli olduğunu deyir.
Görüşlərində yalan məlumat və qiymətləndirmələr təqdim edən Netanyahu idi. Onlar düşünürdülər ki, İran İslam Respublikası 12 günlük müharibədən sonra zəifləyib, biz isə on dəfələrlə güclənmişik".
General televiziya vasitəsi ilə xalqa müraciətində deyib ki, İran Tramp və Netanyahunu qlobal təhlükəsizlik və müsəlmanlar üçün mütləq şər hesab edir: "Biz onların aldatmacalarını və yalanlarını bilirdik, amma ölkəmizin siyasəti dünyaya və ölkəmizdəki insanlara sülh və dialoq xalqı olduğumuzu demək idi. Diplomatiya ilə eyni vaxtda müdafiə gücünü, xüsusən də raket və pilotsuz təyyarələrin hücum gücünü on dəfələrlə artırdıq.
İslam Respublikasının kəşfiyyat strukturu, o cümlədən Kəşfiyyat Nazirliyi və digər kəşfiyyat təşkilatları düşmənin İran ətrafındakı məqsədləri, eləcə də ABŞ və İsrailin məqsədləri üzərində tam nəzarətə malikdir. Hətta Netanyahunun görüşlərinin yerini də bilirik və məlumat bazamız tamamlanıb".
Səfəvi amerikalıların hücumu səhv strateji qiymətləndirmə ilə başlatdıqlarını, heç bir məqsədlərinə çatmayacaqlarını vurğulayıb: "Onların elan etdikləri məqsədlər İran İslam Respublikasını devirmək və İranı parçalamaq, zəiflətmək və təslim etmək idi ki, Tramp və Netanyahu nə desə də, İran qəbul etsin. Onlar İranı Şah dövrünə qaytarmaq və bölgənin neft və iqtisadiyyatına hakim olmaq istəyirlər".Redaktor.az
17:18 / 13 Noyabr 2026
1
17:13 / 13 Noyabr 2026
41
17:07 / 13 Noyabr 2026
51
16:59 / 13 Noyabr 2026
60
16:51 / 13 Noyabr 2026
77
16:37 / 13 Noyabr 2026
107
16:29 / 13 Noyabr 2026
81
16:08 / 13 Noyabr 2026
190
16:00 / 13 Noyabr 2026
91
15:42 / 13 Noyabr 2026
318
15:37 / 13 Noyabr 2026
97
15:30 / 13 Noyabr 2026
97
15:01 / 13 Noyabr 2026
104
14:59 / 13 Noyabr 2026
226
14:50 / 13 Noyabr 2026
121
14:46 / 13 Noyabr 2026
108
14:33 / 13 Noyabr 2026
121
14:24 / 13 Noyabr 2026
595
14:17 / 13 Noyabr 2026
483
14:12 / 13 Noyabr 2026
119
14:05 / 13 Noyabr 2026
215
14:00 / 13 Noyabr 2026
118
13:43 / 13 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.