Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
13 Noyabr 2026, 17:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
887
03.03.2026, 17:42
Parlementdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Əsasnamə və digər qanun layihələri ilə bağlı müzakirələr aparılıb. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev plenar iclasda çıxış edərək layihə barədə məlumat verib.
Oxu24.com-un məlumatına görə, komitə sədri bildirib ki, bu Qanun layihəsində Azərbaycan Respublikasının qanunvericilik sisteminin təkmilləşdirilməsi və mövcud idarəetmə strukturuna uyğunlaşdırılması məqsədilə qeyd olunan qanunlarda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Komitənin profilinə uyğun olaraq bir neçə qanun və əsasnamədə dəyişiklik edilməsi nəzərdə tutulub: “Belə ki, 2011-ci il 23 dekabr tarixli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsinə qədər hərbi komissarlıqlar bilavasitə Müdafiə Nazirliyinin strukturunda fəaliyyət göstərirdi. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqinin təmin edilməsi, müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında 2012-ci il 13 fevral tarixində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyinin tabeliyində olmayan, müstəqil mərkəzi icra hakimiyyəti orqanıdır. Bu Xidmətin fəaliyyəti və maddi-texniki təchizat qaydası Prezidentin müvafiq fərmanları, həmçinin “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə” ilə tənzimlənir. Ona görə də bu səlahiyyətlərin Nazirlər Kabinetinə aid olması normasını əks etdirən abzasın “Müdafiə haqqında” Qanunun 6-cı maddəsindən çıxarılması təklif edilir. Eyni zamanda layihədə göstərilən digər qanunlardan da “hərbi komissarlıq” sözlərinin çıxarılması təklif edilir. Ümid edirəm ki, qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi mövcud sahədə tənzimləmənin daha dəqiq və birmənalı tətbiqinə imkan yaradacaqdır”.
A.Nağıyev deyib ki, təklif edilən dəyişikliklər ümumilikdə uyğunlaşdırma xarakterli dəyişikliklərdir, habelə “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərindən irəli gələrək qanunvericilik texnikası baxımından bəzi ifadələrin dəqiqləşdirilməsi təklif edilir: “Layihə Müdafiə təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə edilib. Müzakirədə Müdafiə Nazirliyinin və Hərbi Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin hüquq idarələrinin rəisləri, Milli Məclisin müvafiq şöbəsinin rəhbərliyi iştirak etmiş və plenar iclasa tövsiyə edilib”.
Layihə səsə qoyularaq təsdiqlənib.
17:18 / 13 Noyabr 2026
1
17:13 / 13 Noyabr 2026
41
17:07 / 13 Noyabr 2026
51
16:59 / 13 Noyabr 2026
60
16:51 / 13 Noyabr 2026
77
16:37 / 13 Noyabr 2026
107
16:29 / 13 Noyabr 2026
81
16:08 / 13 Noyabr 2026
190
16:00 / 13 Noyabr 2026
91
15:42 / 13 Noyabr 2026
318
15:37 / 13 Noyabr 2026
97
15:30 / 13 Noyabr 2026
97
15:01 / 13 Noyabr 2026
104
14:59 / 13 Noyabr 2026
226
14:50 / 13 Noyabr 2026
121
14:46 / 13 Noyabr 2026
108
14:33 / 13 Noyabr 2026
121
14:24 / 13 Noyabr 2026
595
14:17 / 13 Noyabr 2026
483
14:12 / 13 Noyabr 2026
119
14:05 / 13 Noyabr 2026
215
14:00 / 13 Noyabr 2026
118
13:43 / 13 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.