Prezident hər kəsin gözlədiyi Qanunu TƏSDİQLƏDİ! Bu pulları dövlət ödəyəcək
20 Fevral 2026, 22:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
65
20.02.2026, 20:58
Fevralın 18-19-da Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində sərhədyanı cinayətkarlıq və sərhəd təhlükəsizliyi məsələlərinə həsr olunmuş ekspert iclası keçirilsə də, Azərbaycan toplantıda iştirak etməyib. Bu da diqqət çəkib. MDB platformasında adətən koordinasiya və təhlükəsizlik baxımından əhəmiyyət daşıyan bu formatda Bakının yoxluğu müxtəlif ehtimalları gündəmə gətirib.
Xüsusilə, son günlər Bakı-Moskva xəttində müşahidə olunan gərginlik fonunda bu addım həm siyasi prioritetlərin yenilənməsi, həm də mümkün strateji mesaj kimi daha çox qiymətləndirilir. Bəzən dövlətlər belə toplantılarda iştirak etməməklə müəyyən siyasi siqnal ötürürlər. Bu, xüsusilə regional balansların dəyişdiyi dövrlərdə müşahidə olunur.
Heç şübhəsiz, ehtimal etmək olar ki, şimal qonşumuzun son günlərdəki bəzi davranışlarından dolayı da rəsmi Bakı belə bir qərar verə bilər.
Oxu24.com xəbər verir ki politoloq Əli Orucov Musavat.com-a açıqlamasında Azərbaycanın iştirak etməməsinin ən doğru qərar olduğunu qeyd etdi: “Heç kəsə sirr deyil ki, Rusiya hər zaman öz partonajlığı altında qurulan regional təşkilatlarda təsirini saxlamaq istəyir. Maraqlarını birtərəfli qaydada təmin etməyə çalışır. Moskva dövlətlərlə əməkdaşlıq edərkən qarşılıqlı mənafelərini bərabər hüquqlara söykənən formada etmir. MDB- də təmsil olunan birliyə daxil olan dövlətləri ənənəvi nüfuz zonası sayır. Azərbaycan artıq dünya nizamında və təhlükəsizliyində önəmli rola malikdir. Bakı Rusiya ilə münasibətlərdə qarşı tərəfə inamını itirib. Sərhədlərinin də cinayətkarlardan və digər təhlükələrdən etibarlı qorunmasını Azərbaycan özü edə bilir. Ölkəmizin daha fərqli prioritetləri var. Bunlardan biri də beynəlxalq oyunçuya çevrilməkdir. Bu istiqamətdə də inamlı addımlar atır. Odur ki, son tədbirdə Azərbaycanın iştirak etməməsi doğru yanaşmadır. Moskva praktik olaraq heç vaxt üzərinə götürdüyü öhdəlikləri və vəzifələri yerinə yetirməyib. Bakı da öz maraqlarını güzəştə getmir”.
Həmçinin oxuyun
23:55 / 20 Fevral 2026
20
23:53 / 20 Fevral 2026
7
23:49 / 20 Fevral 2026
83
23:30 / 20 Fevral 2026
35
23:28 / 20 Fevral 2026
39
23:22 / 20 Fevral 2026
33
23:20 / 20 Fevral 2026
35
23:17 / 20 Fevral 2026
33
23:12 / 20 Fevral 2026
35
23:12 / 20 Fevral 2026
48
22:58 / 20 Fevral 2026
97
22:54 / 20 Fevral 2026
2945
22:48 / 20 Fevral 2026
584
22:34 / 20 Fevral 2026
86
22:25 / 20 Fevral 2026
70
22:23 / 20 Fevral 2026
44
22:19 / 20 Fevral 2026
80
22:14 / 20 Fevral 2026
277
22:07 / 20 Fevral 2026
91
22:05 / 20 Fevral 2026
61
21:58 / 20 Fevral 2026
64
21:55 / 20 Fevral 2026
56
21:51 / 20 Fevral 2026
316
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.