"Hacıbala Abutalıbov reyd keçirdi, işçiləri yığıb apardılar" - AYB sədri
13 Noyabr 2026, 23:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4553
20.02.2026, 15:40
Milli Məclis emal edilməmiş almazların rəy olmadan idxalı və ixracına görə cərimələri üçüncü oxunuşda qəbul edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı "Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə ediləcəklər.
Qanuna təklif edilən digər dəyişikliklərə əsasən, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və "Emal edilməmiş almazların ixracı ilə əlaqədar "Kimberli Sertifikatlaşdırma Prosesinin Sxemi"nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Bundan başqa, ölkədə emal edilməmiş almazların idxalı və ixracı yalnız "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə üzv dövlətlərdən həyata keçirilə biləcək.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.
23:17 / 13 Noyabr 2026
1
23:09 / 13 Noyabr 2026
31
23:05 / 13 Noyabr 2026
48
23:02 / 13 Noyabr 2026
56
22:53 / 13 Noyabr 2026
71
22:49 / 13 Noyabr 2026
68
22:41 / 13 Noyabr 2026
68
22:36 / 13 Noyabr 2026
78
22:18 / 13 Noyabr 2026
77
22:13 / 13 Noyabr 2026
81
22:03 / 13 Noyabr 2026
359
21:43 / 13 Noyabr 2026
777
21:36 / 13 Noyabr 2026
93
21:29 / 13 Noyabr 2026
119
21:24 / 13 Noyabr 2026
95
21:03 / 13 Noyabr 2026
102
20:58 / 13 Noyabr 2026
113
20:50 / 13 Noyabr 2026
1115
20:41 / 13 Noyabr 2026
141
20:37 / 13 Noyabr 2026
114
20:35 / 13 Noyabr 2026
100
20:20 / 13 Noyabr 2026
116
20:09 / 13 Noyabr 2026
367
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.