Macarıstanın yeni Baş naziri: “Netanyahu ölkəyə gəlsə, həbs edərdim”
20 Aprel 2026, 23:38
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
553
19.02.2026, 14:45
Bakı Hərbi Məhkəməsinin Ruben Vardanyanla bağlı çıxardığı qərar təkcə ədalətin bərpası deyil, həm də Azərbaycan xalqına böyük əzablar yaşatmış təxminən 30 illik münaqişənin simvolik və məntiqi yekunudur.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan unikal hərbi-siyasi münaqişə həlli modelini irəli sürüb, eyni zamanda, postmünaqişə dövrü üçün sülh gündəliyi formalaşdıraraq hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxslərin, o cümlədən Bako Saakyan, Araik Harutyunyan, Ruben Vardanyan və digərlərinin məsuliyyətə cəlb olunmasını təmin edib: “Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu məhkəmə qərarlarının qəbul edilməsi bu faciənin və bütövlükdə münaqişənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramdır”.
Hikmət Hacıyev qeyd edib ki, beynəlxalq məhkəmə və ya tribunalın, məsələn, Nürnberq məhkəmələri, keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı və ya Ruanda Beynəlxalq Cinayət Tribunalı kimi mexanizmlərin yaradılması gözlənilsə də, mövcud beynəlxalq mühitdə hüququn tətbiqi belə siyasiləşir və ikili standartlara məruz qalır: “Bu səbəbdən Azərbaycan açıq məhkəmə prosesləri təşkil edərək ədaləti öz hüquq sistemi çərçivəsində təmin edib və bununla beynəlxalq ictimaiyyət üçün nümunə ortaya qoyub. Eyni zamanda, bəzi dairələrin, o cümlədən Avropa Parlamentinin bəzi üzvlərinin və “Amnesty International” kimi təşkilatların ağır hərbi cinayətlərdə ittiham olunan şəxslərin azadlığa buraxılmasına çağırış etməsi qeyri-etik, qeyri-mənəvi addımdır. Azərbaycan Prezidenti İlham Əliyev “France 24” telekanalına müsahibəsində bu məsələyə toxunaraq bildirib: “İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”.
Həmçinin oxuyun
Cinayət olan yerdə məsuliyyət də olmalıdır və ədalət tam şəkildə təmin edilib. Hərbi cinayətlərdə ittiham olunan şəxsin bəraət alması həmin cinayətlərin legitimləşdirilməsi və cəzasızlıq mühitinin təşviqində iştiraka bərabərdir. Davamlı sülh və etnik barışıq ədalət olmadan mümkün deyil. Azərbaycan isə regional sülh gündəliyinin irəli aparılması və möhkəmləndirilməsi istiqamətində qətiyyətli səylərini davam etdirəcək”.
Qeyd edək ki, Ruben Vardanyan 20 il azadlıqdan məhrum edilib.
00:30 / 21 Aprel 2026
1
23:55 / 20 Aprel 2026
36
23:38 / 20 Aprel 2026
47
23:18 / 20 Aprel 2026
48
22:59 / 20 Aprel 2026
187
22:49 / 20 Aprel 2026
97
22:31 / 20 Aprel 2026
63
22:20 / 20 Aprel 2026
60
22:06 / 20 Aprel 2026
143
22:02 / 20 Aprel 2026
96
21:56 / 20 Aprel 2026
80
21:42 / 20 Aprel 2026
89
21:34 / 20 Aprel 2026
184
21:24 / 20 Aprel 2026
68
21:20 / 20 Aprel 2026
1124
21:19 / 20 Aprel 2026
218
21:17 / 20 Aprel 2026
56
21:09 / 20 Aprel 2026
444
21:05 / 20 Aprel 2026
213
21:04 / 20 Aprel 2026
70
20:59 / 20 Aprel 2026
76
20:53 / 20 Aprel 2026
1002
20:50 / 20 Aprel 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.