Qaynar xətt:

(+99450) 247 90 86

Deputat: Ermənistanla iyuna qədər sülh imzalansın!

news/2026_02_02/1770020480_0_1770021131.jpeg

SİYASƏT

80

02.02.2026, 12:36

"Qazaxdan Ermənistana gedən dəmir yollu xəttini bərpa etməliyik". 

Oxu24.com  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat qeyd edib ki, Naxçıvanın sürətli inkişafını təmin eləmək üçün dəmir yolu bərpa olunmalıdır. 

“Biz Ermənistanla dəmir yolu xəttini qısa bir müddətdə bərpa eləyə bilərik. Düşünürəm ki, hökumət bu istiqamətdə müəyyən addımlar atmalıdır".

O qeyd edib ki, bu prosesləri nəzərə alaraq sülh sazişini Ermənistanda konstitusion dəyişikliyi gözləmədən imzalamaq mümkündür.

"Ermənistanda konstitusiya dəyişikliyini gözləmədən, növbəti seçkilərə qədər, yəni bu ilin iyun ayına qədər biz sülh sazişini imzalamalıyıq", o bildirib.Modern.az