“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
06 Oktyabr 2026, 22:38
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2161
24.11.2025, 11:40
Prezident İlham Əliyevin tərəqqi medalı ilə təltif etdiyi Adil Əbilov kimdir?
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan Adil Fazil oğlu Əbilov Azərbaycan ədliyyə sistemində uzun illər fəaliyyət göstərmiş peşəkar dövlət qulluqçularındandır. O, 2000–2015-ci illər ərzində Ədliyyə Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışmış, və çalışdığı dövrdə nazir köməkçisi vəzifəsini icra edib.
2015-ci ildən bu günədək Adil Əbilov Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinin rəisi kimi fəaliyyət göstərir.
Onun rəhbərlik etdiyi idarə Azərbaycanın xarici dövlətlərlə hüquqi münasibətlərinin formalaşdırılması, beynəlxalq müqavilələrin hazırlanması, ekstradisiya, hüquqi yardım və qarşılıqlı əməkdaşlıq mexanizmlərinin həyata keçirilməsi kimi son dərəcə vacib istiqamətləri əhatə edir.
Bu sahədə göstərdiyi fəaliyyət ölkəmizin beynəlxalq hüquqi əlaqələrinin inkişafına mühüm töhfə kimi qiymətləndirilir.

Adil Əbilov həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində fəallığı ilə seçilir. O, Avropa Şurasının cinayət məsələləri üzrə ekspertlər komitəsində ölkəmizi təmsil etmiş, bu komitənin sədri kimi Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli işlər görüb.
Onun ədliyyə orqanlarında uzunmüddətli, peşəkar və səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş və Prezident İlham Əliyevin sərəncamı ilə Adil Əbilov “Tərəqqi” medalı ilə təltif edilib.
Hazırladı: Nigarxanım
02:27 / 07 Oktyabr 2026
128
02:18 / 07 Oktyabr 2026
218
01:44 / 07 Oktyabr 2026
142
00:44 / 07 Oktyabr 2026
171
00:32 / 07 Oktyabr 2026
455
00:10 / 07 Oktyabr 2026
152
23:58 / 06 Oktyabr 2026
84
23:41 / 06 Oktyabr 2026
168
23:27 / 06 Oktyabr 2026
260
23:10 / 06 Oktyabr 2026
131
22:57 / 06 Oktyabr 2026
120
22:50 / 06 Oktyabr 2026
108
22:38 / 06 Oktyabr 2026
144
22:35 / 06 Oktyabr 2026
139
22:30 / 06 Oktyabr 2026
302
22:28 / 06 Oktyabr 2026
102
22:25 / 06 Oktyabr 2026
116
22:22 / 06 Oktyabr 2026
4038
22:17 / 06 Oktyabr 2026
3276
22:12 / 06 Oktyabr 2026
80
22:10 / 06 Oktyabr 2026
644
22:10 / 06 Oktyabr 2026
87
21:42 / 06 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.