Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
15 Noyabr 2026, 22:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
766
21.11.2025, 12:29
Milli Məclisdə 1 000 manata qədər əməkhaqqı alan şəxslərin bütün vergi dərəcələrindən azad olunması təklif edilib.
Oxu24.com xəbər verir ki, təkliflə deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinə daxil olan layihələrin müzakirəsi zamanı çıxış edib.
Q.Həsənquliyev çıxışında yoxsul təbəqənin müdafiə etmək lazım olduğuna diqqət çəkib:
"Azərbaycanda ərzaq məhsullarının qiyməti xeyli artıb. Keyfiyyətli ət və ərzaq məhsulları aztəminatlı əhali üçün əlçatmaz olub. Əhalinin sosial vəziəyyətində ciddi problemlər var və bunu görməzdən gəlmək düzgün deyil".
***
Əksər dövlətlərdə minimum əməkhaqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur.
Bunu deputat Vüqar Bayramov Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin ilk oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, gəlir vergisi müəyyən xərc yaratsa da ciddi izafi xərc yaratmadığı üçün həmin xərclərin sahibkarlar tərəfindən maaş artımlarına gedilərək kompensasiya edilməsi də mümkündür: "Mərhələli yumşaq keçid biznesin bu mexanizmə hazır olmasına imkan yaradacaq. Əksər dövlətlərdə minimum əməkhaqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Həm dövlət, həm özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşları vergidən azad olunması sosial təminat baxımdan da məqsədəuyğundur. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əmək haqqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik".
Deputat qeyd edib ki, həm dövlət, həm özəl sektorda vergidən azad olunan məbləğin minimum əməkhaqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşların da gəlirlərini artıra bilər: "Belə ki, bu halda gəlir vergisi hesablanan vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşlara təsir göstərəcək. Bu o deməkdir ki, bu halda 2 500 manatadək əmək haqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər. Uzun müddətdir ki, dövlət sektorunda gəlir vergisi intervalları dəyişmir və iqtisadiyyatın inkişafına uyğun olaraq 2 500 manatlıq həddin 4 000 manatadək qaytarılması məqsədəuyğun olardı. Buda dövlət sektorunda da əmək haqqı artımına gətirib çıxaracaq".
***
Naxçıvan Muxtar Respublikasında tətbiq edilən vergi güzəştləri müddətsiz olmalıdır.
Oxu24.com xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı - Zəngəzur dəhlizinin açılması fonunda Naxçıvanda vergi güzəştlərinin tətbiq olunması təkcə iqtisadi məsələ deyil: "Bu, eyni zamanda çox ciddi, strateji və geosiyasi bir məsələdir. Mən təklif edərdim ki, bu vergi güzəştləri müddətsiz olsun. Çünki Muxtar Respublikanın yerləşdiyi ərazi dünyanın diqqətində olduğu bir dövrdə Naxçıvanda emal sənayesinin, istehsalın, xidmət sahələrinin inkişafı Azərbaycan üçün çox önəmlidir və bunu tamamilə doğru bir addım qeyd edirəm".
Deputat qeyd edib ki, sadələşdirilmiş verginin hibrid sisteminin tətbiq olunmasını mühüm innovasiya kimi qəbul edir: "Hesab edirəm ki, sadələşdirilmiş vergi limitinin 200 min manatdan 400 min manata qədər artırılması və bunun nağdsız ödənişlərə bağlanması mühüm bir yenilikdir. Ola bilər gələcəkdə bu 400 min manat da artırılsın, amma Azərbaycanda vergi bazasının artması yönündə nağdsız ödənişlərin həvəsləndirilməsi kifayət qədər mühüm bir addımdır".
Bundan başqa, T.Mirkişili təklif edib ki, Azərbaycanda yeni iş yeri açanlara ən azı bir il müddətinə bütün vergilərdə 50 % güzəşt tətbiq olunsun: "Bundan başqa istəyərdim ki, Azərbaycanda universiteti yenicə qurtarıb əmək bazarına daxil olan insanlara da vergi güzəştləri tətbiq edilsin. Bu, məşğulluqda daha çox effekt verər".
00:08 / 16 Noyabr 2026
1
23:41 / 15 Noyabr 2026
78
23:35 / 15 Noyabr 2026
80
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
291
22:43 / 15 Noyabr 2026
358
22:34 / 15 Noyabr 2026
119
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
995
21:57 / 15 Noyabr 2026
449
21:37 / 15 Noyabr 2026
1246
21:07 / 15 Noyabr 2026
1195
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.