Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı - VİDEO
08 Avqust 2026, 16:08
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1477
12.11.2025, 15:18
İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz.
Oxu24.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsi və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib.
Dövlət başçısı çıxışında qeyd edib:
"Siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz. Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın".
Prezident bildirib ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər:
"Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcək".
16:08 / 08 Avqust 2026
3
16:05 / 08 Avqust 2026
15
14:53 / 08 Avqust 2026
67
13:55 / 08 Avqust 2026
63
13:30 / 08 Avqust 2026
61
13:15 / 08 Avqust 2026
97
13:01 / 08 Avqust 2026
84
12:59 / 08 Avqust 2026
87
12:49 / 08 Avqust 2026
97
12:45 / 08 Avqust 2026
426
12:45 / 08 Avqust 2026
87
12:30 / 08 Avqust 2026
94
12:13 / 08 Avqust 2026
437
12:10 / 08 Avqust 2026
80
12:07 / 08 Avqust 2026
82
11:59 / 08 Avqust 2026
115
11:57 / 08 Avqust 2026
78
11:50 / 08 Avqust 2026
136
11:50 / 08 Avqust 2026
82
11:47 / 08 Avqust 2026
463
11:30 / 08 Avqust 2026
87
11:28 / 08 Avqust 2026
725
11:10 / 08 Avqust 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.