İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO
08 Oktyabr 2026, 21:58
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
612
06.11.2025, 12:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.
Oxu24.com xəbər verir ki, NATO nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasının əhəmiyyətini vurğulayan Türkiyənin alyansdakı daimi nümayəndəsi Basat Öztürk dövlətimizin başçısının NATO mənzil-qərargahına səfərlərini məmnunluqla xatırladı.
O, Azərbaycanın hazırkı inkişafının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə daha da gücləndiyini vurğuladı.
Qonaqlar Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibəti ilə Prezident İlham Əliyevə təbriklərini çatdırdılar.
Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd etdi və əldə olunmuş razılaşmaların regionun inkişafı üçün geniş imkanlar açdığını dedi.
Prezident İlham Əliyev də öz növbəsində NATO mənzil-qərargahına səfərlərini xatırladaraq qeyd etdi ki, Əfqanıstandakı əməliyyatlara dəstək Azərbaycan-NATO əməkdaşlığının vacib hissəsi olsa da, ölkəmizlə alyans arasında regional inkişaf, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlıq da gündəmdədir.
Dövlətimizin başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğuladı. Bu xüsusda ölkəmizlə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxundu.
Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədimizə çatdığımızı - torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayaraq qeyd etdi ki, ordumuzun müasiriləşdirilməsi prosesi bundan sonra da davam edəcək.
Dövlətimizin başçısı NATO nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına ümidvarlığını bildirdi.
Söhbət zamanı Azərbaycanın NATO-nun dəyərli tərəfdaşı olduğu vurğulandı, Silahlı Qüvvələrimizin Əfqanıstanda "Qətiyyətli dəstək" əməliyyatlarındakı xidmətləri, bu xüsusda ölkəmizin regional nəqliyyat və logistika mərkəzi kimi töhfələri yüksək qiymətləndirildi, sülhməramlılarımızın Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olduğu qeyd edildi.
Azərbaycanın alyans üzvləri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinə toxunuldu, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində ölkəmizin 1994-cü ildən alyansın proqramlarında fəal iştirak etdiyi bildirildi.
Görüşdə Azərbaycan-NATO əməkdaşlığının perspektivləri müzakirə olundu, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparıldı.
22:50 / 08 Oktyabr 2026
129
22:41 / 08 Oktyabr 2026
20
22:19 / 08 Oktyabr 2026
48
22:06 / 08 Oktyabr 2026
69
21:58 / 08 Oktyabr 2026
76
21:53 / 08 Oktyabr 2026
66
21:36 / 08 Oktyabr 2026
71
21:29 / 08 Oktyabr 2026
72
21:28 / 08 Oktyabr 2026
700
21:19 / 08 Oktyabr 2026
103
20:55 / 08 Oktyabr 2026
71
20:42 / 08 Oktyabr 2026
88
20:27 / 08 Oktyabr 2026
99
20:19 / 08 Oktyabr 2026
90
20:07 / 08 Oktyabr 2026
81
19:57 / 08 Oktyabr 2026
89
19:40 / 08 Oktyabr 2026
95
19:27 / 08 Oktyabr 2026
71
19:18 / 08 Oktyabr 2026
197
19:10 / 08 Oktyabr 2026
73
18:50 / 08 Oktyabr 2026
128
18:43 / 08 Oktyabr 2026
82
18:39 / 08 Oktyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.