Putin: Yaxın Şərqdə mürəkkəb vəziyyət yaranıb
09 Oktyabr 2026, 00:11
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
749
05.11.2025, 15:14
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi təkcə elmi qurumun tarixi mərhələsini deyil, dövlətin intellektual inkişaf strategiyasının yeni dövrünü də simvolizə etdi. Prezident İlham Əliyevin yubiley mərasimindəki çıxışı bir bayram təbrikindən daha çox, Azərbaycan elminin gələcək fəlsəfəsini və inkişaf kursunu müəyyənləşdirən strateji konsepsiya kimi səsləndi. O, bu çıxışı ilə göstərdi ki, müasir dövrdə dövlətin gücü yalnız iqtisadi və hərbi resurslarla deyil, bilik, texnologiya və milli dəyərlərin sintezi ilə ölçülür.
Oxu24.com-un əməkdaşı mövzu ilə əlaqədar Politoloq Turan Rzayev ilə həmsöhbət olub.
– Turan bəy, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi “tükənməz sərvət intellektual potensialdır” fikri elmin dövlət siyasətində hansı yeni strateji mərhələnin başlanğıcını ifadə edir və bu konsepsiya Azərbaycanın texnoloji müstəqilliyinə necə təsir göstərə bilər?
– Prezident İlham Əliyevin bu, fikri Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən edən intellektual və texnoloji müstəqillik mərhələsindən xəbər verir. Dövlət başçısı aydın şəkildə göstərdi ki, ölkənin gücü artıq təbii sərvətlərin həcmi ilə deyil, vətəndaşlarının elmi potensialı və yaradıcılıq qabiliyyəti ilə ölçülməlidir. Bu yanaşma, iqtisadi modelin neftdən bilik və texnologiyaya əsaslanan yeni strukturuna keçidi nəzərdə tutur.
Prezidentin çıxışında vurğulanan ideyalar süni intellekt, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrinin inkişafına yönəlmiş dövlət siyasətinin davamı kimi qiymətləndirilə bilər. Bu konsepsiya həm də, Azərbaycanın qlobal rəqabət mühitində texnoloji suverenliyini təmin etmək, milli resurslardan daha səmərəli istifadə etmək və insan kapitalını strateji resursa çevirmək məqsədi daşıyır. Başqa sözlə, Prezidentin mesajı yalnız elmi deyil, həm də, siyasi və iqtisadi transformasiyanın istiqamətini müəyyənləşdirir.
– Dövlət başçısının çıxışında elmlə iqtisadiyyat, texnologiya və milli kimlik arasında əlaqələrin vurğulanması fonunda, Azərbaycan elminin bu istiqamətdə qarşısında duran əsas prioritetlər və məsuliyyətlər nələrdir?
– Prezidentin nitqi göstərdi ki, Azərbaycan elmi qarşısında duran əsas vəzifə yalnız bilik toplamaq deyil, bu, bilikləri real iqtisadi və sosial nəticələrə çevirməkdir. Elmlə sənaye arasında körpü qurmaq, innovativ texnologiyaları istehsalat və kənd təsərrüfatına tətbiq etmək, rəqəmsallaşma prosesini elmi əsaslarla idarə etmək artıq strateji zərurətə çevrilib.
Bununla yanaşı, dövlət başçısının vurğuladığı kimi, elmin milli kimliyin qorunması və tarixi yaddaşın müdafiəsində də rolu artmaqdadır. Qərbi Azərbaycanla bağlı tarixi faktların elmi əsaslarla tədqiqi, Ermənistanın saxtalaşdırma cəhdlərinə qarşı elmi arqumentlərlə cavab verilməsi və Azərbaycan dilinin saflığının qorunması elmi mühitin prioritet istiqamətləri sırasında olmalıdır.
Beləliklə, Prezident İlham Əliyevin AMEA-nın 80 illiyində səsləndirdiyi fikirlər Azərbaycan elminin missiyasını yenidən müəyyənləşdirdi. Elm artıq təkcə bilik sahəsi deyil, milli gücün, kimliyin və gələcəyin ideoloji dayağıdır.
Pərvin Şakirqızı
00:11 / 09 Oktyabr 2026
56
00:04 / 09 Oktyabr 2026
288
00:01 / 09 Oktyabr 2026
65
23:50 / 08 Oktyabr 2026
58
23:27 / 08 Oktyabr 2026
74
23:13 / 08 Oktyabr 2026
89
23:10 / 08 Oktyabr 2026
69
23:03 / 08 Oktyabr 2026
113
23:01 / 08 Oktyabr 2026
173
22:50 / 08 Oktyabr 2026
190
22:41 / 08 Oktyabr 2026
85
22:19 / 08 Oktyabr 2026
81
22:06 / 08 Oktyabr 2026
124
21:58 / 08 Oktyabr 2026
99
21:53 / 08 Oktyabr 2026
90
21:36 / 08 Oktyabr 2026
93
21:29 / 08 Oktyabr 2026
88
21:28 / 08 Oktyabr 2026
1162
21:19 / 08 Oktyabr 2026
128
20:55 / 08 Oktyabr 2026
77
20:42 / 08 Oktyabr 2026
95
20:27 / 08 Oktyabr 2026
104
20:19 / 08 Oktyabr 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.