Rubio: ABŞ və İran arasındakı diplomatik prosesdə irəliləyiş əldə olunub
23 May 2026, 19:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
920
05.11.2025, 10:31
“Ermənistan reallığı qəbul edib, Rusiya təsirini itirir” – politoloq Samir Hümbətov Cənubi Qafqazdakı yeni güc nizamından danışır.
Cənubi Qafqazda postmüharibə dövrünün reallıqları artıq Ermənistanın siyasi gündəmini dəyişdirib. Qarabağın itirilməsi ilə “Qarabağsız Ermənistan” anlayışı yalnız bir siyasi tezis deyil, həm də dövlətin gələcək istiqamətini müəyyən edən faktora çevrilib. Bu fonda Rusiyanın bölgədəki təsir imkanlarının azalması və Zəngəzur dəhlizinin regional sistemdə yeni strateji xətt kimi formalaşması diqqət mərkəzindədir.
Politoloq Samir Hümbətov Oxu24.com-a müsahibəsində bu proseslərin Ermənistan siyasətinə, regional təhlükəsizliyə və yeni geosiyasi düzənə təsirini şərh edib.
Politoloq Samir Hümbətov
– Ermənistanın “Qarabağsız” reallığı artıq danılmaz faktdır. Bu yeni mərhələ ölkənin siyasi davranışına və Moskva ilə münasibətlərinə hansı məntiqli istiqamət verə bilər?
– “Qarabağsız Ermənistan” konsepsiyasını artıq Ermənistan siyasi dairələri qəbul ediblər. Hər nə qədər müxalifətdəki revansist qüvvələr qəbul etməsə də, bunu artıq Ermənistan siyasi hakimiyyəti qəbul edib və real Ermənistanın hansı sərhədlər çərçivəsində olacağını da bilirlər. Amma məsələ burasındadır ki, nə qədər mövcud hökumət bilsə də, Rusiyanın təsiri altında olan qüvvələrin bu məsələdə bir qədər fərqli yanaşmaları var.
Rusiya əslində yaranmış yeni status-kvonu qəbul etmək istəmir. Çünki bu vəziyyət onun bölgədə təsir imkanlarını aşağı salmaqdadır. Ermənistan isə başa düşür ki, müstəqil siyasi qərar vermək üçün əvvəlki kimi Moskvanın orbitində qalmaq real deyil. Bu isə “real Ermənistan” anlayışının formalaşmasına gətirib çıxarır.
– Gələcək sülh sazişi, Zəngəzur dəhlizi və Rusiyanın hərbi bazalarının taleyi Cənubi Qafqazda təhlükəsizlik balansını necə müəyyən edə bilər?
– Rusiyanın hərbi bazalarından çıxarılma prosesi də əslində buradan başlayır. Çünki, Rusiya yaxın gələcəkdə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanacaqsa,mövqeyini itirmiş ola bilər. Bilirsiniz ki, paraflanma artıq tamamlanıb. Yekun işlər, referendum və s. məsələlər qalıb. Belə olan halda artıq Rusiyanın Ermənistanda, Gümrüdə yerləşən hərbi bazalardan çıxarılması ehtimalı da var.
Zəngəzur dəhlizi isə Cənubi Qafqazın istər siyasi, iqtisadi, istərsə də hərbi təhlükəsizlik arxitekturasının təməl prinsiplərindən birini təşkil edir. Bu yaxın gələcəkdə yeni dünya nizamında Zəngəzur dəhlizinin region üçün nə qədər önəm kəsb etdiyini də göstərir. Düşünürəm ki, bu da artıq Ermənistanı Azərbaycanla əməkdaşlığa məcbur edir. Əks halda, yeni qurulan dünya siyasi nizamında, Zəngəzur dəhlizi nə qədər açıq olsa belə, beynəlxalq siyasi proseslər Ermənistanı çətin vəziyyətə sala bilər. Azərbaycansız bu prosesi aparmaq mümkün deyil.
19:09 / 23 May 2026
24
19:02 / 23 May 2026
26
18:39 / 23 May 2026
46
18:35 / 23 May 2026
269
18:33 / 23 May 2026
53
18:27 / 23 May 2026
52
18:23 / 23 May 2026
44
18:09 / 23 May 2026
74
18:00 / 23 May 2026
56
17:46 / 23 May 2026
74
17:43 / 23 May 2026
237
14:55 / 23 May 2026
666
14:53 / 23 May 2026
226
14:51 / 23 May 2026
231
11:44 / 23 May 2026
108
11:41 / 23 May 2026
131
11:40 / 23 May 2026
102
10:08 / 23 May 2026
184
01:03 / 23 May 2026
279
00:16 / 23 May 2026
586
00:09 / 23 May 2026
545
00:06 / 23 May 2026
280
00:04 / 23 May 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.