Putin: Yaxın Şərqdə mürəkkəb vəziyyət yaranıb
09 Oktyabr 2026, 00:11
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
852
04.11.2025, 16:26
Bildiyiniz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu, Livanla sərhəddə gərginliyin artdığı bir vaxtda Nazirlər Kabinetinin iclasında sərt bəyanatla çıxış edib. O bildirib ki, İsrail Hizbullahın yenidən silahlanmasının qarşısını almaq üçün özünümüdafiə hüququndan tam şəkildə istifadə etməyə hazırdır. Həmçinin, Livan hökumətini beynəlxalq öhdəliklərini yerinə yetirməyə, Hizbullahın tərksilahını təmin etməyə və cənub bölgələrinə nəzarəti bərpa etməyə çağırıb. Netanyahu həmçinin vurğulayıb ki, İsrail bölgədə sabitliyi qorumaq və regional təhlükəsizlik balansını təmin etmək məqsədilə hərtərəfli tədbirlərə hazırdır. Bu vəziyyət Yaxın Şərqdə gərginliyin artması və təhlükəsizlik arxitekturasının yenidən formalaşması baxımından diqqət mərkəzindədir.
Oxu24.com politoloq Məhəmməd Əsədullazadə ilə mövzunu müzakirə edib. Politoloq hazırkı vəziyyəti təhlil edərək regiondakı perspektivləri, diplomatik və hərbi ssenariləri də şərh edib. Məhəmməd Əsədullazadə bildirib ki, bölgədəki proseslərin Yaxın Şərqdə sabitliyə və təhlükəsizlik arxitekturasının yenilənməsinə birbaşa təsiri olacaq.
- Məhəmməd müəllim, Hizbullahın möhkəmlənməsi və şimal bölgədə hərbi mövqelər İsraili Livana qarşı hərbi əməliyyatlara vadar edib. Bu Yaxın Şərqdə gərginliyi necə dəyişir?
- Livan hökuməti Hizbullahı silahsızlaşdıra bilmir və bu artıq böhrana gətirib çıxarıb. ABŞ və İsrail radikal addımlar ataraq Hizbullahı siyasi səhnədən çıxarmağa hazırdır. Əgər əməliyyatlar həyata keçirilərsə, onlar Livan hökumətinə qarşı deyil, Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edəcək. Bu prosesdə Hizbullaha yer olmamalıdır və bununla da regionda sakitləşməyə töhfə verəcək. O həmçinin əlavə edib ki, əməliyyatlar, beynəlxalq aləmin diqqətində olan sabitliyi qorumaq üçün koordinasiyalı şəkildə həyata keçiriləcək.
- Bu əməliyyatlar regionda siyasi böhrana səbəb ola bilərmi?
- Hizbullah öz məqsədlərindən geri çəkilmir və silahını yerə qoymur, bu isə aparılan danışıqların effektivliyini məhdudlaşdırır. Buna görə ABŞ və İsrail əməliyyatları labüd hesab edir və yaxın perspektivdə həyata keçiriləcək. Bu proses regionda hər hansı siyasi böhrana gətirib çıxarmayacaq. Politoloq əlavə edib ki, regiondakı digər dövlətlər də bu gərginlik fonunda diplomatik səylərini artırmalı olacaq, lakin əsas problem və risklər Hizbullahın mövqelərinin möhkəmlənməsində cəmlənir.
Müsahibəni təqdim etdi: Pərvin Şakirqızı
00:32 / 09 Oktyabr 2026
37
00:11 / 09 Oktyabr 2026
67
00:04 / 09 Oktyabr 2026
469
00:01 / 09 Oktyabr 2026
78
23:50 / 08 Oktyabr 2026
71
23:27 / 08 Oktyabr 2026
86
23:13 / 08 Oktyabr 2026
107
23:10 / 08 Oktyabr 2026
76
23:03 / 08 Oktyabr 2026
130
23:01 / 08 Oktyabr 2026
181
22:50 / 08 Oktyabr 2026
200
22:41 / 08 Oktyabr 2026
90
22:19 / 08 Oktyabr 2026
82
22:06 / 08 Oktyabr 2026
130
21:58 / 08 Oktyabr 2026
101
21:53 / 08 Oktyabr 2026
92
21:36 / 08 Oktyabr 2026
98
21:29 / 08 Oktyabr 2026
93
21:28 / 08 Oktyabr 2026
1257
21:19 / 08 Oktyabr 2026
132
20:55 / 08 Oktyabr 2026
78
20:42 / 08 Oktyabr 2026
97
20:27 / 08 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.