Prezident İlham Əliyev Azərbaycanın bu planını AÇIQLADI
11 Mart 2026, 23:53
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
886
03.11.2025, 18:07
Ötən ilin dekabrında Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından sonra iki ölkə arasında münasibətlər pik həddə gərginləşmişdi.Azərbaycan haqlı olaraq baş vermiş hadisəyə görə cavab və üzrxahlıq tələb edirdi.
Bu baş vermədikdə isə iki ölkə arasında gərginlik bir qədər də alovlandı.Hər iki tərəfdən rəsmi şəxslər səviyyəsində bəyanatlar səsləndirildi.
Bu ilin oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı baş tutan danışıqlar və açıqlamalar vəziyyətdə nələri dəyişib?
Bu sual ətrafında politoloqun mövqeyini öyrəndik.
Rusiya və Azərbaycan arasında hazırda münasibətlər nə yerdədir?
Mövzu ilə bağlı Oxu24.com-a danışan politoloq Turan Rzayev bildirib ki,hazırda Azərbaycan və Rusiya münasibətlərində müəyyən yumşalmalar hiss olunur.
Həmçinin oxuyun
“Azərbaycan və Rusiya arasında gərginlik əvvəlki aylarla müqayisədə gözəçarpacaq dərəcədə azalıb.Bunun başlıca səbəbləri iki ölkə liderlərinin Düşənbə görüşü və bu görüş zamanı Rusiya Prezidentinin Azərbaycan tərəfini maraqlandıran,o cümlədən gözlədiyi açıqlamaları verməsi idi.Rəsmi Kreml AZAL təyyarəsinin vurulması ilə bağlı Prezident səviyyəsində məsuliyyəti dərk etdiyini etiraf etdi və üzrxahlıq mahiyyətində açıqlama verildi.Bu, bizim üçün də əslində gözlənilən idi.Biz nə Rusiya ilə münasibətləri gərginləşdirməkdə maraqlıydıq,nə də başqa bir niyyətimiz var idi.Rusiya Prezidentinin məhz Düşənbədəki açıqlamalarından sonra,hesab edirəm ki,gərgin münasibətlər səngiyib”,-deyə politoloq açıqlamasında bildirib.
Məlumat üçün qeyd edək ki,Rusiya lideri həmin görüşdə bu ifadələri səsləndirib:
“Görüşümüzə daha həssas mövzu - bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim. Artıq həmin vaxt bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim. İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk”.
Miri Məcidli
08:02 / 12 Mart 2026
27
00:58 / 12 Mart 2026
285
00:38 / 12 Mart 2026
282
00:25 / 12 Mart 2026
230
00:02 / 12 Mart 2026
139
23:56 / 11 Mart 2026
3764
23:53 / 11 Mart 2026
397
23:49 / 11 Mart 2026
358
23:49 / 11 Mart 2026
121
23:41 / 11 Mart 2026
106
23:40 / 11 Mart 2026
138
23:34 / 11 Mart 2026
152
23:32 / 11 Mart 2026
102
23:30 / 11 Mart 2026
182
23:20 / 11 Mart 2026
79
23:15 / 11 Mart 2026
1586
23:11 / 11 Mart 2026
314
23:05 / 11 Mart 2026
389
22:55 / 11 Mart 2026
101
22:53 / 11 Mart 2026
230
22:53 / 11 Mart 2026
267
22:42 / 11 Mart 2026
113
22:40 / 11 Mart 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.