Tamam Cəfərova: Azərbaycan–Laos münasibətləri yeni mərhələyə qədəm qoyur
14 Oktyabr 2026, 11:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
755
29.09.2025, 22:11
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə görüş başlayıb.
Oxu24.com xarici mətbuata istinadən xəbər verir ki, Tramp görüş öncəsi jurnalistlərin "Qəzzada sülh olacaqmı?" sualına qısa və konkret cavab verib: "Bəli."
Tarixi görüş zamanı Tramp Netanyahunu Ağ Evin qarşısında şəxsən qarşılayıb. Daha sonra iki lider "Qəzza" mövzusunda bağlı qapılar arxasında danışıqlara keçib.
Jurnalistlərə qısa açıqlama verən Tramp, "Qəzzada sülh olacaqmı?" sualını "Bəli" cavabı ilə təsdiqləyib. Bu, danışıqların sülh istiqamətində aparılacağına işarə kimi qiymətləndirilir.
Mətbuata sızan məlumatlara görə, Tramp administrasiyasının Qəzzaya dair planı aşağıdakı mərhələləri əhatə edir:
Atəşkəs və əsirlərin təhvil verilməsi: Həmas və İsrail razılığa gəldikdən sonra hücumlar dayandırılacaq, 48 saat ərzində Qəzzada olan bütün israilli əsirlər - həm sağ, həm də həlak olmuşlar - geri qaytarılacaq.
Müvəqqəti idarəetmə: Qəzza texnokratlardan ibarət müvəqqəti hökumət tərəfindən idarə olunacaq. Təhlükəsizliyi beynəlxalq sülhməramlı qüvvələr təmin edəcək, İsrail ordusu isə mərhələli şəkildə tamamilə bölgədən çıxacaq.
Hökumət dəyişikliyi və Həmas: Müvəqqəti idarəetmə Ramallah rəhbərliyi lazımi islahatları həyata keçirdikdən sonra idarəni onlara təhvil verəcək. Həmas silahlarını təhvil verəcək, bölgədə qalmaq istəyən Həmas rəhbərlərinə toxunulmayacaq, getmək istəyənlərə isə ölkəni tərk etməyə icazə veriləcək.
Fələistinlilərin vəziyyəti: Qəzzadakı fələstinlilər bölgədə qalmağa təşviq ediləcək, məcburi köçürülmə olmayacaq. İstəyənlər getsə də, sonradan geri dönmək hüququna malik olacaqlar.
Zirvə görüşü, Qəzza müharibəsinin gündəmin mərkəzində olduğu və İsrailin tez-tez tənqid edildiyi BMT Baş Assambleyasının Nyu-York iclasından sonra baş tutur.
Tramp və Netanyahu bir çox məsələdə eyni mövqeni paylaşsalar da, bəzi mövzularda fikir ayrılıqlarının üzə çıxacağı gözlənilir.
Xüsusilə Tramp ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra İsrailin Qərbi Şəriəni Qəzza və Şərqi Qüds ilə birləşdirərək ilhaq etməsinə icazə verməyəcəyini bildirmişdi. Analitiklərə görə, belə bir addım Trampın ilk prezidentliyi dövründə vasitəçiliyi ilə imzalanan və İsraillə bir sıra ərəb ölkələri arasında diplomatik əlaqələr qurulmasına səbəb olan tarixi İbrahim Sazişlərini poza bilər.
12:00 / 14 Oktyabr 2026
1
11:57 / 14 Oktyabr 2026
39
11:48 / 14 Oktyabr 2026
41
11:46 / 14 Oktyabr 2026
152
11:45 / 14 Oktyabr 2026
54
11:33 / 14 Oktyabr 2026
54
11:33 / 14 Oktyabr 2026
102
11:22 / 14 Oktyabr 2026
55
11:21 / 14 Oktyabr 2026
81
11:09 / 14 Oktyabr 2026
93
11:07 / 14 Oktyabr 2026
61
11:00 / 14 Oktyabr 2026
74
10:59 / 14 Oktyabr 2026
66
10:59 / 14 Oktyabr 2026
68
10:49 / 14 Oktyabr 2026
88
10:42 / 14 Oktyabr 2026
64
10:42 / 14 Oktyabr 2026
249
10:36 / 14 Oktyabr 2026
1625
10:33 / 14 Oktyabr 2026
57
10:28 / 14 Oktyabr 2026
63
10:27 / 14 Oktyabr 2026
230
10:21 / 14 Oktyabr 2026
61
10:14 / 14 Oktyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.