Komitə sədri məsələyə qarışdı:Nazirlər Kabinetinin 325 nömrəli qərarı...
11 Oktyabr 2026, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1478
29.09.2025, 13:09
Rafiq Musa oğlu Məmmədhəsənov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Rafiq Məmmədhəsənov 1945-ci il sentyabrın 26-da Gədəbəy şəhərində anadan olub.
Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.
Tibb elmləri doktoru, professordur. Əməkdar elm xadimidir.
Avropa Diabet və Ümumdünya Diabet assosiasiyalarının üzvüdür. 250-dən çox elmi əsərin və 2 dərsliyin müəllifidir. 1 ixtirası vardır. İngilis və rus dillərini bilir.
1969-cu ildən «Naftalan» sanatoriyasında, 1971-ci ildən «Mərdəkan » sanatoriyasında həkim-terapevt işləyib.
1977–1986-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda assistent, 1990-cı ildən Daxili xəstəliklər kafedrasının müdiri vəzifələrində çalışıb.
1993-cü ildən Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqudur.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Çexiya, Azərbaycan-Fransa, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var
01:20 / 12 Oktyabr 2026
233
01:15 / 12 Oktyabr 2026
77
00:50 / 12 Oktyabr 2026
80
00:40 / 12 Oktyabr 2026
745
00:40 / 12 Oktyabr 2026
77
00:38 / 12 Oktyabr 2026
128
00:36 / 12 Oktyabr 2026
94
00:35 / 12 Oktyabr 2026
101
00:17 / 12 Oktyabr 2026
311
23:55 / 11 Oktyabr 2026
94
23:50 / 11 Oktyabr 2026
604
23:43 / 11 Oktyabr 2026
86
23:37 / 11 Oktyabr 2026
78
23:30 / 11 Oktyabr 2026
1223
23:21 / 11 Oktyabr 2026
181
23:09 / 11 Oktyabr 2026
434
23:02 / 11 Oktyabr 2026
124
22:49 / 11 Oktyabr 2026
488
22:46 / 11 Oktyabr 2026
129
22:28 / 11 Oktyabr 2026
1847
22:25 / 11 Oktyabr 2026
170
22:22 / 11 Oktyabr 2026
691
22:19 / 11 Oktyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.