Rusiya bu ticarət mərkəzinə zərbə endirib
21 Avqust 2026, 22:11
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
682
09.04.2025, 20:16
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.
Oxu24.com xəbər verir ki, forumda sualları cavablayan Prezident İlham Əliyev Ukrayna-Rusiya müharibəsi ilə bağlı vacib nüansa toxunub.
Böyük Britaniya nümayəndəsinin ünvanladığı “Azərbaycanın Rusiyanın Ukraynadakı müharibə ilə bağlı mövqeyi nədən ibarətdir? Siz bu münaqişənin sonunu necə görürsünüz?” sualını İlham Əliyev belə cavablandırıb:
“ Birincisi, bizim Ukrayna-Rusiya arasında münaqişəyə mövqeyimiz odur ki, biz həmişə Ukraynanın ərazi bütövlüyünü və süverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik. Biz özümüz də işğaldan, ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmişik. Biz bu halı bilirik. Əlbəttə, cavabımız o olar ki, müharibə dərhal dayandırılsın. Biz bunu dəstəkləyirik. Amma əsas sual odur ki, bu necə baş tutmalıdır. İki fəal müharibə fazasında olmuş ölkə kimi biz deyə bilərik ki, atəşkəs heç zaman müharibəni dayandırmır. Bu müvəqqəti dayanmadır ki, ölkələr yenidən qruplaşsın. Rusiyayla Ukrayna arasında olan təmas xətti bizimkiylə müqayisədə xeyli uzundur. Bizim təmas xəttimiz Ermənistanın xeyrinə idi. Eləcə də ordunun vəziyyəti nəzərə alınmalıdır. Çünki Ukrayna və Rusiya arasındakı bəzi perspektivlər elə də aydın görünmür. Rusiya bir neçə işğal olunmuş ərazini öz ərazisi kimi bəyan edib. İndi bundan necə geri çəkilə bilər? Bütün dünya belə hesab edir ki, bu işğal olunmuş ərazilər Ukraynanın bir hissəsidir. Azərbaycan da belə hesab edir. Onda Ukrayna necə bu qurbanlara gedə bilər? Əgər bu baş versə onda bu o deməkdir ki, onda mən beynəlxalq siyasətdən heç nə başa düşmürəm".
Ətraflı videoda:
13:36 / 22 Avqust 2026
70
13:34 / 22 Avqust 2026
21
13:31 / 22 Avqust 2026
25
12:55 / 22 Avqust 2026
52
12:55 / 22 Avqust 2026
52
12:35 / 22 Avqust 2026
55
12:34 / 22 Avqust 2026
64
12:15 / 22 Avqust 2026
65
11:59 / 22 Avqust 2026
72
11:40 / 22 Avqust 2026
87
11:25 / 22 Avqust 2026
77
11:04 / 22 Avqust 2026
79
10:54 / 22 Avqust 2026
87
10:30 / 22 Avqust 2026
82
10:10 / 22 Avqust 2026
82
09:50 / 22 Avqust 2026
77
09:30 / 22 Avqust 2026
97
09:18 / 22 Avqust 2026
80
09:08 / 22 Avqust 2026
88
09:04 / 22 Avqust 2026
93
09:02 / 22 Avqust 2026
89
00:41 / 22 Avqust 2026
131
00:03 / 22 Avqust 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.