Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
3552
28.03.2025, 18:25
AKP Türkiyəni qaranlıq keçmişindən azad edib-Politoloq.
Xəbər verdiyimiz kimi, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə qərar verilib. O korrupsiya və terrora yardım ittihamları ilə təqsirləndirilir. CHP ittihamların siyasi motivdə olduğunu iddia etsə də, hökumət bunu inkar edir. İmamoğlu ilə yanaşı, onlarla şəxs, meriyanın yüksək vəzifəli əməkdaşları da həbs olunub. Onların sırasında İstanbul merinin müşaviri də var.
Ümumilikdə 100-ə yaxın şəxsə korrupsiya və terror şübhəsi ilə bağlı cinayət işi açılıb.
Bütün baş verənlərin fonunda İstanbulda etiraz aksiyaları keçirilir, polis və etirazçılar arasında gərginlik yaşanır.
Bəs, baş verənlər Türkiyənin daxili siyasətində hansı dəyişikliklərə səbəb ola bilər?
Bu hadisə Türkiyənin beynəlxalq imicinə təsir göstərə bilərmi?
Mövzu ilə bağlı Oxu24.com-un suallarını politoloq Məhəmməd Əsədullazadə cavablandırıb.
Məhəmməd Əsədullazədə qeyd edir ki, baş verən etiraz aksiyaları CHP-nin hökümətə qarşı təzyiq vasitəsidir:
"Tarixə nəzər yetirsək, görərik ki, Türkiyədə belə həbslər, hərbi çevrilişlər olub. Düşünmürəm ki, İmamoğlunun həbsi daxili siyasətə təsir edə. Amma müxalifətdə, CHP daxilində müəyyən parçalanmalara, zəifləmələrə gətirib çıxaracaq. Növbədənkənar seçkilərlə Ərdoğanın hakimiyyətdən gedəcəyi gözlənilmir. Təbii ki, Ərdoğan çalışacaq ki, müxalif partiyanı zəiflətsin, bu da normaldır. Bu, Türkiyə siyasətində hakimiyyət uğrunda partiyaların mübarizəsidir. Əlbəttə ki, mövcud vəziyyətdə İmamoğlunun prezidentliyə namizədliyi mümkün olmayacaq. Amma, gələcəkdə həbsdən çıxarsa, təbii ki, O, Türkiyə siyasətində olacaq.Yaşananların Türkiyə iqtisadiyyatına təsiri elə də, çox olmayacaq".
Həmçinin oxuyun
Hər zaman olduğu kimi, Cümhuriyyət Xalq Partiyası yenə də, bir çox xarici mərkəzlərin təlimatı ilə hərəkət edir:
Türkiyə 2003-cü ilə kimi ABŞ təlimatı ilə hərəkət edib. Bu gün isə müstəqil siyasət aparan və böyük dövlətləri Türkiyə ilə hesablaşmağa məcbur edən, məhz Ərdoğan faktorudur.
Azərbaycan üçün də qardaş ölkəmizdə sabitliyin və Ərdoğan hakimiyyətinin olması vacibdir.
Türkiyə də Ədalət və İnkişaf partiyasının(AKP) hakimiyyətdə olması, Cənubi Qafqazın təhlükəsizliyi üçün mühüm amildir. Ərdoğan Türkiyəni beynəlxalq gücə çevirmək yolunda mühüm addımlar ataraq , Yaxın Şərqdə Türkiyəni əsas söz sahibi edib. Cənubi Qafqazda və Yaxın Şərqdə Rusiya -İran tamdeminə böyük zərbə vurub".
"Sənin vaxtın keçdi Ərdoğan"-deyən bir Bələdiyyə başqanı İstanbulda hansı işlər görüb ki?!
Ərdoğanın siyasi hakimiyyətini sarsıtmaq üçün bu şüar ilə çıxış edən CHP, Türkiyə Cümhuriyyəti yaradılandan meydandadı. CHP-nin 50 ildə edə bilmədiyini AKP 10 ilə edərək, Türkiyəni müstəqil gücə çevirib. Ərdoğanın getməsi Türkiyənin zəifləməsi deməkdir. Hazırda beynəlxalq müstəvidə "gücün varsa, haqlısan" deyimi ilə dünya idarə olunur".
AKP və onun lideri Ərdoğan olmasaydı, indiki güclü və beynəlxalq oyunçu olan Türkiyə olmazdı:
"İllər əvvələ nəzər salaq. Altı dəfə iqtidardan gedən, yeddi dəfə iqtidara gələn demokratik quruluşlu Süleyman Dəmirəl hakimiyyəti Azərbaycana hərbi yardım edə bilmədi.
Birinci Qarabağ müharibəsində Türkiyə ona görə Azərbaycana dəstək verə bilmədi ki, nə güclü ölkə deyildi, nə də müstəqil siyasi iradəyə malik lideri yox idi. Qərbdən asılı bir ölkə idi. Adi bir helikopter verəcək gücdə deyildi.
44 günlük haqq savaşımızda isə, qardaş ölkə siyasi və mənəvi əstəklərini nümayiş etdirmişdilər",-deyə politoloq bildirib.
Hazırladı: PƏRVİN ŞAKİRQIZI
00:04 / 14 Dekabr 2025
5
23:47 / 13 Dekabr 2025
185
23:44 / 13 Dekabr 2025
21
23:30 / 13 Dekabr 2025
28
22:45 / 13 Dekabr 2025
162
22:30 / 13 Dekabr 2025
78
22:28 / 13 Dekabr 2025
88
22:22 / 13 Dekabr 2025
83
22:11 / 13 Dekabr 2025
173
21:58 / 13 Dekabr 2025
341
21:34 / 13 Dekabr 2025
908
21:21 / 13 Dekabr 2025
72
21:19 / 13 Dekabr 2025
95
21:15 / 13 Dekabr 2025
69
21:02 / 13 Dekabr 2025
64
20:49 / 13 Dekabr 2025
337
20:44 / 13 Dekabr 2025
82
20:36 / 13 Dekabr 2025
71
20:26 / 13 Dekabr 2025
70
20:01 / 13 Dekabr 2025
268
19:53 / 13 Dekabr 2025
88
19:21 / 13 Dekabr 2025
590
19:16 / 13 Dekabr 2025
116
18:32 / 13 Dekabr 2025
1035
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.