Vladimir Putin bayram münasibətilə İlham Əliyevi təbrik edib
21 Mart 2025, 16:18
Qaynar xətt:
(+99450) 247 90 86İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
SİYASƏT
235
18.03.2025, 17:34
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Oxu24.com-un məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram.
Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur.
Həmçinin oxuyun
Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.
Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar.
Üzümüzə gələn Novruz bayramının hər evə, hər ocağa firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm.
Bayramınız mübarək olsun!"
14:49 / 22 Mart 2025
Sabirabadda 3 otaqlı evdə yanğın olub
29
14:26 / 22 Mart 2025
Vulin Serbiyanın səhvi barədə Şoyquya danışıb
39
14:21 / 22 Mart 2025
Serbiyanın Baş nazirinin müavini Rəngli İnqilaba icazə verməyəcək
41
14:19 / 22 Mart 2025
21 nəfər saxlanılıb
35
13:28 / 22 Mart 2025
Sabah yağış yağacaq, külək əsəcək
35
13:00 / 22 Mart 2025
Bakıda lombarda maskalı şəxs silahlı basqın edib
38
12:56 / 22 Mart 2025
Hamamda qadın meyiti tapıldı
49
12:11 / 22 Mart 2025
Əkrəm İmamoğlu ikinci dəfə polisdə ifadə verir
43
12:05 / 22 Mart 2025
Nişanlı idi, tərxis olunmasına 10 gün qalmış həlak oldu — Əsgərimizin nakam taleyi
1039
11:58 / 22 Mart 2025
Rusiya Xarici İşlər Nazirliyi ABŞ raketlərinin Yaponiyada yerləşdirilməsinin nəticələri barədə xəbərdarlıq edib
63
11:55 / 22 Mart 2025
Messisiz Argentina DÇ-2026-nın seçmə mərhələsində Uruqvayı məğlub etdi
52
11:44 / 22 Mart 2025
Bu gün üçüncü Qədr gecəsidir
52
11:28 / 22 Mart 2025
Trampın nümayəndəsi Putini təriflədi
51
11:06 / 22 Mart 2025
Tramp İranla müharibə istəmir
54
11:00 / 22 Mart 2025
Dilarə Oqtay Əliyevin son VİDEOsunu paylaşdı: "Bu bizimlə sonuncu bayramın..."
377
10:50 / 22 Mart 2025
Moskva “Krokus” terror aktının təşkilatçılarının adlarını açıqlayıb
69
10:29 / 22 Mart 2025
Ağdamda silahlı şəxs tutulub
73
10:12 / 22 Mart 2025
DİN vətəndaşlara müraciət edib
373
09:04 / 22 Mart 2025
“Twitter”in loqosunu satdı
76
08:59 / 22 Mart 2025
Tramp Baydenə qadağa qoydu
89
08:56 / 22 Mart 2025
Salyanda faciə: Ölən var
84
08:28 / 22 Mart 2025
Hosteldə ölüm
86
23:44 / 21 Mart 2025
Martın 23-ü təzyiqiniz yüksələ bilər – 45+ yaşlılar diqqət
177
23:32 / 21 Mart 2025
Ramazanın 22-ci gününün duası - İmsak və iftar vaxtı
176
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.