Zəfərdən sonra: Xəzərin iki sahilində yeni müttəfiqlik - Zahid Oruc
24 Avqust 2026, 19:38
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1384
06.03.2025, 15:28
"Bakı Metropoliteni" QSC-də Hüquq departamentinin rəisi, Kommersiya departamentinin rəisi və Daxili Nəzarət şöbəsinin rəisi vəzifələrinə yeni təyinatlar olub.
Oxu24.com APA-ya istinadən məlumat verir ki, qurumun Hüquq departamentinin rəisi Babək İsmayılov öz vəzifəsindən azad edilərək həmin departamentin rəis müavini vəzifəsinə təyin olunub.
B.İsmayılovun yerinə Metropolitenin Hüquq departamentin rəisi vəzifəsi Kənan Quliyevə həvalə edilib. K.Quliyev daha öncə Azərbaycan İnvestisiya Holdinqində Hüquq departamentinin müdiri vəzifəsində çalışıb.
Metropolitenin Kommersiya Departamentinin rəisi vəzifəsinə isə Ruslan Ağayev gətirilib. R.Ağayev bu vəzifədə bir müddət öncə işdən azad olunan Lalə Babayevanı əvəz edib. R.Ağayev daha öncə Balaxanı Sənaye Parkında çalışıb.
Metronun Daxili Nəzarət şöbəsinin rəisi vəzifəsi isə Nicat Əliyevə həvalə olunub. N.Ağayev daha öncə "Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı olub.
Qeyd edək ki, ötən ilin dekabr ayında ölkə başçısının Sərəncamı ilə Vüsal Aslanov "Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsinə təyin edilib. V.Aslanovun gəlişindən sonra qurumda kütləvi şəkildə kadr dəyişiklikləri, rəhbər vəzifələrə yeni təyinatlar müşahidə edilir. Belə ki, bu ilin yanvar-fevral aylarında Nərgiz Mustafayeva Metropolitenin Strateji inkişaf departamentinin, Asəf İsgəndərli Maliyyə departamentinin, Tərlan Həsənli Təchizat departamentinin rəisi vəzifələrinə təyin edilib. QSC-nin rəisi V.Aslanovun əmri ilə qurumda Mühafizə və Yanğın Təhlükəsizliyi departamenti və Kommunikasiya departamentləri yaradılıb. Zamiq Quliyev Metropolitenin Mühafizə və Yanğın Təhlükəsizliyi departamentinin, Şaban İmkani isə Kommunikasiya departamentinin rəisi vəzifələrinə təyin olunub. Bu ilin yanvar ayında Türkiyənin Marmaray sualtı tunelinin mühəndisi Orxan Yenigün Metropolitendə sədrin müşaviri vəzifəsinə gətirilib.
19:38 / 24 Avqust 2026
1
19:29 / 24 Avqust 2026
19
19:18 / 24 Avqust 2026
33
19:13 / 24 Avqust 2026
32
19:08 / 24 Avqust 2026
244
19:00 / 24 Avqust 2026
32
18:59 / 24 Avqust 2026
148
18:57 / 24 Avqust 2026
49
18:51 / 24 Avqust 2026
50
18:43 / 24 Avqust 2026
114
18:26 / 24 Avqust 2026
55
18:16 / 24 Avqust 2026
62
18:07 / 24 Avqust 2026
64
17:59 / 24 Avqust 2026
81
17:45 / 24 Avqust 2026
67
17:29 / 24 Avqust 2026
80
17:05 / 24 Avqust 2026
76
16:53 / 24 Avqust 2026
90
16:44 / 24 Avqust 2026
40
16:31 / 24 Avqust 2026
110
16:17 / 24 Avqust 2026
71
16:14 / 24 Avqust 2026
86
16:10 / 24 Avqust 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.