Azərbaycan XİN: Hindistan və Pakistan arasında mövcud gərginlik narahatıq doğurur
01 May 2025, 18:32
Qaynar xətt:
(+99450) 247 90 86Taleh Qaraşov məhkəmənin çağırışına gəlmir
SİYASƏT
274
04.03.2025, 17:53
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd hazırlamaqda ittiham olunan Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Nüşabə Ağayeva zərərçəkən Taleh Qaraşovun məhkəməyə çağırılmasını istəyib:
“Cinayət işinə baxdıqda görürük ki, təqsirləndirilən şəxs ağır maddələrlə ittiham olunur. Qarşı tərəfin nə özü, nə də müdafiəçisi prosesdə iştirak edir. Xaricdə də deyillər, ölkədədirlər. Gəlib prosesdə iştirak etsinlər”.
Dövlət ittihamçısı zərərçəkmişin ibtidai istintaqa verdiyi ifadənin elan olunmasını istəyib.
Həmçinin oxuyun
Məhkəmə zərərçəkmişin prosesdə iştirak etməsi üçün bildiriş göndərilməsi ilə bağlı qərar qəbul edib.
Proses aprelin 1-də davam etdiriləcək.
Xatırladaq ki, DTX tərəfindən cinayət məsuliyyətinə cəlb olunan B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verməkdə ittiham olunur.
Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
18:34 / 01 May 2025
Komissiya yaradılıb: Köhnə evlər sökülür
2
18:32 / 01 May 2025
Azərbaycan XİN: Hindistan və Pakistan arasında mövcud gərginlik narahatıq doğurur
2
18:23 / 01 May 2025
ABŞ-İran danışıqları təxirə salınıb
4
18:17 / 01 May 2025
Yeni təyinat baş tutub — FOTO
14
18:04 / 01 May 2025
Emin Musəvi qızının şəklini paylaşıb bu sözləri yazdı — FOTO
205
17:58 / 01 May 2025
Filippində avtobusun ödəniş məntəqəsinə çırpılması nəticəsində 12 nəfər ölüb
23
17:54 / 01 May 2025
Almaniyada qaz partlayışı nəticəsində 10-a yaxın adam xəsarət alıb
25
17:52 / 01 May 2025
Əməkdar artist işdən çıxarıldı
36
17:43 / 01 May 2025
Prezident təsdiqlədi: Satışı qadağan edildi
35
17:30 / 01 May 2025
İsrail ordusu HƏMAS-a qarşı genişmiqyaslı əməliyyata hazırlaşır
24
17:17 / 01 May 2025
3 Prezidentlə işləyən,Rusiyaya qarşı sərt mövqeyi ilə seçilən,4 dildə danışan politoloq — Vəfa Quluzadəni anım günündə tanıyaq
207
17:14 / 01 May 2025
Hindistan qanlı terror hücumuna cavab hazırlayır
37
17:00 / 01 May 2025
Leysan,qar olacaq — Əhaliyə xəbərdarlıq
432
16:57 / 01 May 2025
İsrail Hərbi Hava Qüvvələri Livana zərbələr endirib
33
16:54 / 01 May 2025
Güclü külək olacaq — DİQQƏT!
51
16:47 / 01 May 2025
Maşınların üstünə özünü atıb,pul alan şəxs görün kim imiş — RƏSMİ
50
16:38 / 01 May 2025
Prezident ona yüksək vəzifə verdi - FOTO
461
16:33 / 01 May 2025
Prezidentdən təyinat
64
16:22 / 01 May 2025
Prezident fərman imzaladı: Bu şəxslərin maaşı 2425 manat oldu
1631
15:36 / 01 May 2025
Bu gün Bürclər arasında enerji dəyişir – Bu şəxslər diqqətli olsun
190
15:33 / 01 May 2025
Saatlıq əməkhaqqı: nə qazanacağıq...
57
15:18 / 01 May 2025
Prezidentin Mətbuat xidmətinin sektor müdiri işdən çıxarıldı
115
15:16 / 01 May 2025
İstanbulda 1 May etirazları: yüzlərlə adam saxlanılıb
66
14:55 / 01 May 2025
İsrail Fransanın yardımından imtina etdi
66
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.