Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1237
23.02.2025, 14:46
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ötən gün Təhlükəsizlik Şurasının toplantısında “yaxın qonşularla və dostlarla” əlaqələri müzakirəyə çıxarıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov və FSB direktoru Aleksandr Bortnikovun TŞ-də mövzu ilə bağlı məruzəçi seçilməsi təsadüf deyil. Belə ki, Lavrovun siyasi, Bortnikovun isə kəşfiyyat məlumatları təqdim etdiyi ehtimal edilir.
Maraqlıdır, Putin niyə Ukrayna üzrə danışıqların getdiyi bir vaxtda “ən yaxın tərəfdaşlarımız, həmkarlarımız və qonşularımızla münasibətlərin inkişafı ilə bağlı suallarının olduğunu” dilə gətirdi?
Ehtimallardan biri Ukrayna savaşının sonlanması ehtimalı ərəfəsində Rusiyanın postsovet məkanına “geri qayıtmaq” imkanlarını dəyərləndirməkdir. Bu mənada xüsusilə Cənubi Qafqaz regionu müzakirə mövzusudur. Siyasi təhlilçilərin fikrincə, Qarabağ münaqişəsi tarixin arxivinə gömüldüyündən, Rusiyanın Azərbaycan və Ermənistana təsir imkanı qalmayıb, Gürcüstanla isə uzun illərdir ki, siyasi münasibətlər yoxdur. İkinci Qarabağ savaşından sonra Azərbaycanın müttəfiqi kimi regionda əhəmiyyətli dərəcədə söz sahibi olan Türkiyə Rusiyanın başı Ukraynaya qarışdığı bir zamanda bölgədə alternativsiz gücə çevrilmə istiqamətində ciddi uğur əldə edib. Üstəlik, Suriyada Rusiya və İranın müttəfiqi Bəşər Əsəd rejiminin devrilməsi ilə Türkiyə bu ölkədə də tək söz sahibi olub.
Türkiyənin Rusiya və İranla Suriya üzrə “Astana platforması”, Cənubi Qafqazla bağlı “3+3” formatı olsa da, birinci artıq arxivləşib, ikincinin fəallığı isə yoxdur. Başqa sözlə, hər iki bölgə artıq Türkiyənin əhəmiyyətli təsiri altındadır.
Türkiyə lideri Ərdoğanın daha bir həmləsi – 18 fevralda Ər-Riyadda ABŞ-Rusiya yüksək səviyyəli məmurlarının Ukrayna üzrə danışıqlara başladığı bir vaxtda Ukrayna Prezidenti Zelenskini qəbul etməsi və Ukraynanın ərazi bütövlüyünü tanıdığını bir daha uca səslə bəyan etməsi isə ciddi mesajdır.
Türkiyə eyni zamanda, ABŞ-Rusiya danışıqlarına ev sahibliyi etmək iradəsini də ortaya qoydu, bu isə o deməkdir ki, Ərdoğan Ukrayna münaqişəsinin də ölkəsinin maraqlarından kənarda həlli ilə razılaşmayacağına işarə edir və bu, Putinin “əsas qayğısı” ola bilər.
Həmçinin oxuyun
Təsadüfi deyil ki, Lavrovun artıq bu gün Türkiyəyə gedəcəyi gözlənilir, bunun ardınca isə onun İrana səfəri olacaq (Lavrovun 25 fevralda İrana gedəcəyi bildirilsə də, sonradan səfər ertələndi və həftə ərzində baş tutacağı elan edildi. Güman ki, bu, ABŞ lideri Trampın 25 fevralda Ər-Riyadda Rusiya ilə ikinci görüş olacağı barədə açıqlamasına görədir). Eyni zamanda, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da 27 fevralda Türkiyəyə yollanacaq.
Rusiya artıq hansı istəkləri olduğunu Lavrovun dili ilə elan edib: Suriyada hərbi mövcudluğunun qorunması, üstəlik, “3+3” məşvərətçi formatının siyasi təşkilata çevrilməsi. Rusiya bu “siyasi təşkilat” vasitəsilə Türkiyənin Cənubi Qafqazdakı nüfuzunu onunla bölüşməsini istəyir.
Eyni zamanda, Donald Trampın daha sərt təzyiqinə hazırlaşan İran da regionda maraqlarını ən azı Rusiya qədər təmin etməyə çalışır.
S.Lavrov və V.Matviyenko bu məsələləri Türkiyə ilə müzakirə etməyə tələsir. Bəs, Türkiyənin Ukrayna şərti necə olacaq?
Ankaranın ötən gün ABŞ və Rusiyanın Ukrayna mövzusunda danışıqlarına ev sahibliyi etmək istəyi təsadüfən yaranmayıb…
15:08 / 13 Dekabr 2025
83
14:50 / 13 Dekabr 2025
27
14:38 / 13 Dekabr 2025
39
14:28 / 13 Dekabr 2025
41
14:22 / 13 Dekabr 2025
43
14:12 / 13 Dekabr 2025
137
13:14 / 13 Dekabr 2025
505
13:07 / 13 Dekabr 2025
259
12:58 / 13 Dekabr 2025
150
12:16 / 13 Dekabr 2025
907
12:08 / 13 Dekabr 2025
105
11:44 / 13 Dekabr 2025
74
11:30 / 13 Dekabr 2025
86
11:09 / 13 Dekabr 2025
893
11:07 / 13 Dekabr 2025
394
10:25 / 13 Dekabr 2025
1092
09:15 / 13 Dekabr 2025
871
09:06 / 13 Dekabr 2025
659
08:45 / 13 Dekabr 2025
131
08:37 / 13 Dekabr 2025
157
00:28 / 13 Dekabr 2025
155
00:14 / 13 Dekabr 2025
1112
00:01 / 13 Dekabr 2025
749
23:20 / 12 Dekabr 2025
683
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.