DİN açıqlama yaydı
14 Sentyabr 2026, 12:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
205
25.08.2026, 00:04
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 25-də paytaxtda və bəzi rayonlarda elektrik şəbəkələrində təmir işləri aparılacaq.
Oxu24.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək Moskva və Mətbuat prospektləri, Mirəli Seyidov, Abdulla Şaiq, Şamil Əzizbəyov, Zərgərpalan, Mustafa Sübhi, Məhəmməd Naxçivani, Fuad İbrahimbəyov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan akademik Həsən Əliyev, Xan Şuşinski, Səməd Vurğun, Möhsun Sənani küçələrinin bəzi ərazilərində, eləcə də 1 saylı ASAN Xidmət və Tibb Universtitetinin Onkoloji Klinikasında saat 09:00-dan 13:00-dək TM-də aparılacaq təmir-təftiş və sınaq işləri ilə əlaqədar enerjinin verilişində fasilə yaranacaq.
Beyləqan Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 110/35/10 kV-luq "Xalac" yarımstasiyasında yenidənqurma işləri icra olunacaq. Planlı fasilə saat 10:00-dan 16:30-dək Bahar, Qəhramanlı, Mil, Milabad, Sarısu, Şərq, Türklər, Yeni Mil qəsəbələrini, həmçinin Aşağı Çəmənli, Aşıqalılar, Birinci Aşıqlı, Birinci Şahsevən, Bünyadlı, Dünyamalılar, Əhmədli, Əlinəzərli, Gödəklər, İkinci Şahsevən, İmamverdili, Qaradağlı, Qaralılar, Yuxarı Çəmənli kəndlərini əhatə edəcək.
Cəlilabad EŞ-yə daxil olan Göytəpə şəhəri, Ağdaş, Alaşar, Fətullaqışlaq, Həziabad, Kazımabad, Komanlı, Maşlıq, Muğan, Oğrubulaq, Privolnoye, Söyüdlü kəndlərinin bir hissəsində 35 kV-luq "Göytəpə" hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 12:00-dan 15:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Ağdaş EŞ-nin ərazisində 110/35/10 kV-luq "Ləki Dartı" yarımstansiyasında aparılacaq təmir işləri zamanı saat 10:00-dan 14:00-dək Ləki qəsəbəsi, Aşağı Ləki, Cardam, Əmirarx, Əmirmahmud, Güvəkənd, Hapıtlı, Kotanarx, Qarağan Saatlı, Nehrəxəlil, Orta Ləki, Ovçulu, Şəmsabad, Tofiqi, Yenicə, Yuxarı Ləki, kəndlərinin bəzi yerlərində məhdudiyyət yaranacaq.
Tərtərin Evoğlu və İsmayılbəyli kəndlərində saat 10:00-dan 14:00-dək 10 kV-luq 7 saylı İsmayılbəyli hava xəttinə toxunan ağacların budanması işləri ilə əlaqədar enerjinin verilişində fasilə olacaq.
Yevlax EŞ-nin xidməti ərazisində 110/35/10 kV-luq "Yevlax" yarımstansiyasından çıxan 10 kV-luq "TMRZ" hava xəttində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 12:00-dək şəhər ərazisində Aydın Məmmədov, Salatın Əsgərova, Dədə Qorqud, Qasım Bəy Zakir, Xəqani Şirvani, Fazil İsayev küçələrinin bəzi hissələrində planlı fasiləyə uyğun olaraq enerjinin verilişi dayandırılacaq. Həmçinin 35 kV-luq "Şəhər Xanabad" hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 10-dan 15:00-dək planlı fasilə rayonun Aşağı Bucaq, Ərəbbəsrə, Xaldan, Xanabad, Qaraoğlan, Qəribli, Quşcu, Yuxarı Bucaq kəndləri, eləcə də Meyvəli qəsəbəsini əhatə edəcək.
Bərdə EŞ-yə daxil olan 35 kV-luq "Mustafağalı" hava xəttinə toxunan ağacların budanması işləri aparılacaq. Bununla əlaqədar Alpout, Bəcirəvan, Çələbilər, Əliyanlı, Əmirli, Ərəblər, Xanərəb, Xəsili, Qaradəmirçi, Qaradırnaq, Qaratəpə, Qarayusifli, Qazaxlar, Qazıqurdalı, Lənbəran, Mehdili, Məmmədli, Mollalı, Mustafağalı, Nazırlı, Nifçi kəndlərinin bir hissəsində məhdudiyyət tətbiq ediləcək.
Göyçayın Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək 10 kV-luq hava xəttində görüləcək təmir işləri ilə əlaqədar enerjinin verilişi məhdudlaşdırılacaq.
Goranboy EŞ ərazisində 10 kV-luq "Qızılhacılı" hava xətti boyunca ağacların budanması işləri icra olunacaq. Beləliklə, saat 09:00-dan 15:00-dək Balakürd kəndi və Qızılhacılı qəsəbəsinin bir hissəsində fasilə yaranacaq.
İşlər yekunlaşdıqdan sonra ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
12:56 / 14 Sentyabr 2026
1
12:40 / 14 Sentyabr 2026
28
12:39 / 14 Sentyabr 2026
29
12:35 / 14 Sentyabr 2026
158
12:19 / 14 Sentyabr 2026
45
12:15 / 14 Sentyabr 2026
41
12:13 / 14 Sentyabr 2026
44
12:05 / 14 Sentyabr 2026
54
12:04 / 14 Sentyabr 2026
133
11:50 / 14 Sentyabr 2026
53
11:50 / 14 Sentyabr 2026
51
11:45 / 14 Sentyabr 2026
55
11:37 / 14 Sentyabr 2026
589
11:35 / 14 Sentyabr 2026
54
11:31 / 14 Sentyabr 2026
56
11:12 / 14 Sentyabr 2026
69
11:07 / 14 Sentyabr 2026
72
10:57 / 14 Sentyabr 2026
551
10:56 / 14 Sentyabr 2026
60
10:47 / 14 Sentyabr 2026
291
10:46 / 14 Sentyabr 2026
63
10:41 / 14 Sentyabr 2026
77
10:31 / 14 Sentyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.