4 saat söhbət etdilər
30 Aprel 2025, 09:19
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
967
11.02.2025, 12:41
Ermənistanın Baş naziri Nikol Paşinyanın "Armenpress"ə müsahibəsi dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş naziri Nikol Paşinyanın “Armenpress” məqaləsində iddiaları ilə bağlı şərhində bildirilib.
Ermənistan baş nazirinin 10 fevral 2025-ci il tarixində “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.
Maraqlıdır ki, hərbi potensiala sahib olmaq hüququnu müdafiə edən baş nazir 30 illik hərbi işğaldan əlavə, Üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, 44 günlük müharibə bitdikdən sonra üç il ərzində Azərbaycan ərazisində ağır silahlarla təchiz edilmiş on mindən çox hazırlıqlı silahlı birləşməni saxlayan ölkəni təmsil edir.
44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir.
Ermənistan Konstitusiyasında və hüquqi aktlarında davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq, Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir.
Həmçinin oxuyun
Bundan əlavə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər mühüm beynəlxalq aktlarda təsbit edilmiş qayıdış hüququna əsaslanaraq əsas məqsədləri qovulduqları torpaqlara təhlükəsiz və ləyaqətlə qayıdış olan Qərbi Azərbaycan İcmasının fəaliyyəti və məqsədləri haqqında Ermənistanın iddiaları tamamilə əsassızdır. Ermənistan baş nazirinin müxtəlif bəhanələrlə, o cümlədən İcmanın bəyan edilmiş məqsədlərinin yanlış təfsir edilməsi ilə bu hüququ danması, bir daha bu ölkənin siyasətinin bir vaxtlar azərbaycanlıların ölkə əhalisinin əsas hissəsini təşkil etdiyi Ermənistanda hazırda azərbaycanlıların olmamasına gətirib çıxaran qəddarlığının səviyyəsini nümayiş etdirir.
Təəssüf ki, Ermənistan baş nazirinin 2022-ci il Praqa görüşünə, 1991-ci il Almatı Bəyannaməsinə, sülh sazişi layihəsinin Ermənistanın həqiqətən Azərbaycana qarşı heç bir iddiasının olmadığını və olmayacağını təsbit etmək üçün nəzərdə tutulan bəndlərinə istinadlar məhz cənab Paşinyan tərəfindən bir neçə ay sonra, 2023-cü ilin sentyabrında Azərbaycan ərazilərindəki qondarma rejimin “müstəqilliyi” ilə bağlı təbrik mesajı göndərilən zaman, habelə Ermənistanın Konstitusiyasında yer alan ərazi iddialarına və Almatı Bəyannaməsinə qoşulan zaman edilmiş qeyd-şərtlərə göz yumması nəticəsində heçə endirilib.
Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni “səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.
Üstəlik, Ermənistan öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması sahəsində əməli addımlar atmaq əvəzinə, diqqəti bu prosesdən yayındırır. Bu istiqamətdə, praktiki addımlarla irəliləmək əvəzinə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan təkliflər irəli sürməsi anlaşılmazlıqlara gətirib çıxarır və reallıqları təhrif edir.
Baş nazirin canfəşanlıqla irəli sürdüyü silahlara nəzarət mexanizmlərinin yaradılmasına gəldikdə isə, 30 ildən artıq müddətdə Ermənistanın özünün iştirak etdiyi silahlara nəzarət mexanizmlərini kobud şəkildə pozduğu və deqradasiya etdiyi, hərbi texnika və silahlarının böyük hissəsini beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi, onları bizim ərazilərimizdə qanunsuz yerləşdirdiyi yaxşı məlumdur. Beynəlxalq müqavilələrə bu cür yanaşma Ermənistanın mövqeyinin qeyri-səmimiliyi barədə nəticə çıxarmağa imkan verir.
Biz qətiyyətlə Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq.
10:25 / 30 Aprel 2025
Yaxın zamanda ata olacaqdı.... — Özünə qəsd edən hərbçi ilə bağlı tükürpədici detallar
1
10:23 / 30 Aprel 2025
Meyiti arxdan tapıldı
2
10:19 / 30 Aprel 2025
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
4
10:09 / 30 Aprel 2025
ADNA terrorundan 16 il ötür...
7
09:59 / 30 Aprel 2025
Bağ evi almaq istəyənlərin nəzərinə - VİDEO
9
09:40 / 30 Aprel 2025
Bu günün valyuta məzənnələri
19
09:35 / 30 Aprel 2025
Qızıl ucuzlaşdı
21
09:19 / 30 Aprel 2025
4 saat söhbət etdilər
20
09:02 / 30 Aprel 2025
Trampın sosial şəbəkədəki paylaşımlarını o, yazırmış
27
23:59 / 29 Aprel 2025
Keçid balı ən az olan ixtisaslar - siyahı
81
23:32 / 29 Aprel 2025
Elşad dəhşətli qəzada həlak oldu: Hadisənin videosu
109
22:52 / 29 Aprel 2025
Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndəki evlərin inşası yekunlaşdı - Fotolar
88
22:44 / 29 Aprel 2025
Rəhim Rəhimlinin məzarında klip çəkdirdilər - FOTO
126
22:08 / 29 Aprel 2025
Ticarət artır, sərhəd genişlənir: İran-Azərbaycan əlaqələrində yeni iqtisadi müddət
85
21:52 / 29 Aprel 2025
14 hərbçimiz belə şəhid olubmuş — Vardanyanın məhkəməsində nələr üzə çıxdı?
451
21:12 / 29 Aprel 2025
May ayında təhlükəli günlər bu tarixdə -xəbərdarlıq
245
21:02 / 29 Aprel 2025
Ceyhun Bayramov Küveytə rəsmi səfərə yola düşüb
119
21:01 / 29 Aprel 2025
Netanyahunun korteji qəzaya düşdü - FOTO
228
20:47 / 29 Aprel 2025
Çox şikayət edilən avtomobil markaları
196
20:39 / 29 Aprel 2025
Sabah bu ərazilərdə qaz olmayacaq
127
20:37 / 29 Aprel 2025
Rusiya ABŞ ilə “münasibətləri inkişaf etdirəcək”
96
20:32 / 29 Aprel 2025
Bayağı ifaçılara efirlərə qadağa qoyulub
2949
20:26 / 29 Aprel 2025
NATO-nun silahları Rusiyanın əlinə keçdi
105
20:22 / 29 Aprel 2025
Tramp Avstraliyanın ABŞ Abrams tanklarını Ukraynaya təhvil verməsini əngəlləyib
109
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.