Prezident bu vəzifələri ləğv etdi
29 Aprel 2025, 17:17
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
1064
11.02.2025, 11:07
61-ci Münhen Təhlükəsizlik Konfransı (MTK) fevralın 14-16-da Almaniyada keçiriləcək və 60-dan çox dövlət və hökumət başçısı iştirak edəcək.
Oxu24.com xəbər verir ki, bu barədə xarici KİV yazır.
Münhen Təhlükəsizlik Konfransının prezidenti Kristof Heusgenin sədrlik edəcəyi konfransı Almaniya Prezidenti Frank-Valter Ştaynmayer açacaq.
Konfransda bir çox geosiyasi məsələlər arasında ilk növbədə Ukraynada müharibənin başa çatması müzakirə olunacaq. Bununla belə, konfrans təşkilatçıları qeyd edirlər ki, MTK 2025 dəyişikliyin əsas vaxtında baş tutacaq, yanvarda yeni ABŞ administrasiyası vəzifəyə gəlib, Brüsseldə Avropa qanunverici orqanının yeni dövrü başlayıb və konfransdan cəmi bir həftə sonra Almaniyada parlament seçkiləri keçiriləcək.
Qeyd olunub ki, Donald Tramp administrasiyası Münhen Təhlükəsizlik Konfransında Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq planını təqdim edəcək və bu planı Keyt Kelloq təqdim edəcək. Bununla belə, ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq müsahibəsində 14-16 fevralda Münhen konfransında sülh planı təqdim edəcəyi ilə bağlı mətbuatda çıxan məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb.
Lakin konfrans öncəsi maraqlı xəbərlər yayılır. ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını açıqlayıb.
Gündəlik konfransın başlamasına bir gün qalmış dərc olunacaq. Lakin məlumdur ki, yeni vitse-prezident Ceyms Devid Vens ABŞ-dən konfransa qatılacaq.
ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq və Ukrayna prezidenti Volodimir Zelenskinin də iştirakı gözlənilir. Kanslerliyə namizədlər Münhen konfransında iştirak edəcəklər: hazırkı kansler Olaf Şolts, CDU-nun namizədi Fridrix Merz, Yaşılların namizədi Robert Habek və Azad Demokratlar Partiyasından Kristian Lindner.
Həmçinin oxuyun
Konfransda NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Parlamentinin sədri Roberta Mezzola, Avropa Şurasının sədri Antonio Kosta, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, müdafiə məsələləri üzrə Avropa komissarı Andrius Kubilius və başqaları da iştirak edəcək.
Azərbaycan və Ermənistan liderləri konfransda iştirak edəcəklərini rəsmən açıqlamasalar da, bəzi məlumatlara görə, həm İlham Əliyev, həm də Nikol Paşinyan Münhendə olacaq.
Ölkəmizin lideri və Paşinyanın Münhen Təhlükəsizlik Konfransı platformasında zəngin görüş təcrübələri var. Almaniyanın bu şəhərində keçirilən konfranslarda hər iki liderin görüşləri silsiləsi 2020-ci ilin fevralında onların həm təkbətək görüşü, həm də münaqişə ilə bağlı ictimai müzakirə zamanı başlayıb. Onlar ABŞ-Rusiya Fondunun prezidenti və icraçı direktoru Selest Uolenderin moderatorluğu ilə “Dağlıq Qarabağ üzrə yenilik” adlı müzakirədə iştirak ediblər.
Həmin müzakirədən sonra Paşinyan "Facebook" səhifəsində “Münhen prinsipləri” adlı 6 bəndlik yazı dərc edib və sonrakı illərdə o prinsiplərdən geriyə heç nə qalmayıb. Üstəlik, həmin müzakirədən və Münhen prinsiplərindən bir neçə ay sonra Qarabağda müharibə başladı... 2022-ci ildə keçirilən konfransda da Paşinyan da iştirak edib. İlham Əliyev 2023-cü ildə ABŞ-nin keçmiş dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Münhen Təhlükəsizlik Konfransında Paşinyanla görüşüb.
Ötən il, 2024-cü ilin fevralında da hər iki lider Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə Münhendə görüşüblər. Bu, artıq Brüssel danışıqlar formatının iflasa uğradığı və Qərbin danışıqlar platformasını bərpa etməyə çalışdığı mərhələ idi.
Azərbaycan və Ermənistan liderlərinin bu dəfə Almaniya tərəfinin təşəbbüsü və ya birbaşa formatda yenidən görüşəcəyi istisna edilmir.
Münhendən əvvəl Paşinyan ABŞ-də 4 günlük işgüzar səfərdə olub və o, hazırda Parisdədir. Paşinyan artıq Fransa prezidenti Emmanuel Makronla görüşüb və orada Süni İntellekt Fəaliyyət Sammitində iştirak edəcək.
Bundan əlavə, Paşinyan ABŞ və Fransaya səfərləri arasında İrəvan-Bakı münasibətlərinin hazırkı durumu ilə bağlı yazılar dərc edərək müxtəlif mesajlar verib. Onun bu mesajlarla Münhendə gözlənilən mümkün görüş üçün zəmin hazırlamağa çalışdığı istisna edilmir.
17:34 / 29 Aprel 2025
Güclü yanğın başladı — VİDEO
1
17:31 / 29 Aprel 2025
Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı yekunlaşdı
5
17:17 / 29 Aprel 2025
Prezident bu vəzifələri ləğv etdi
197
17:13 / 29 Aprel 2025
Laçında istifadəyə verilən və tikintisi planlaşdırılan evlərin sayı açıqlanıb
21
17:01 / 29 Aprel 2025
Yol bağlanır
18
16:58 / 29 Aprel 2025
Qaz olmayacaq
25
16:47 / 29 Aprel 2025
Prezidentdən Naxçıvanla bağlı - Sərəncam
253
16:24 / 29 Aprel 2025
Yeni vəzifə təsis edildi — Sərəncam
856
16:10 / 29 Aprel 2025
Bu tarixdə leysan olacaq
809
15:59 / 29 Aprel 2025
Azərbaycanda milyonlarla borcu olan şirkətlər bağlandı
36
15:36 / 29 Aprel 2025
Sürücülük vəsiqəsi ilə bağlı VACİB XƏBƏR
54
15:29 / 29 Aprel 2025
Boşanma sayını artıran səbəb budur
52
15:27 / 29 Aprel 2025
Nəzakət Məmmədxanova məhkəmə zalında həbs edildi
200
15:21 / 29 Aprel 2025
Türkiyə-İtaliya 4-cü Hökumətlərarası Zirvə toplantısı başlayıb
36
14:58 / 29 Aprel 2025
Ukrayna Poroşenkonu nüfuzu ləkələnmiş şəxs kimi tanıyıb
53
14:57 / 29 Aprel 2025
Almaniyanın gələcək xarici işlər naziri Ukrayna ilə bağlı Putinə müraciət edib
48
14:51 / 29 Aprel 2025
Jurnalist nazirlə görüşdü,kitabını hədiyyə etdi
219
14:44 / 29 Aprel 2025
Prezident fərman imzaladı
737
14:32 / 29 Aprel 2025
Pezeşkianın qızı da Bakıya gəlibmiş - Foto
117
14:28 / 29 Aprel 2025
Mayda hava necə olacaq?
73
14:09 / 29 Aprel 2025
Bayağı ifaçılara efirlərə qadağa qoyulub
1689
14:05 / 29 Aprel 2025
Ərini öldürmək istəyirdi,tutuldu
68
14:01 / 29 Aprel 2025
Misirlilər uçuşları azaldıblar
49
13:45 / 29 Aprel 2025
“SİMA İmza” ilə “digital.login”ə girişlərin həcmi 118 dəfə artıb
72
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.