Baş nazir mühüm SƏRƏNCAM İMZALADI
17 Dekabr 2025, 17:06
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
708
03.02.2025, 16:47
Prezident İlham Əliyev Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, 2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.
Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirib. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirib, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırıb. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr verib, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazıb. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir.
Həmçinin oxuyun
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş qüdrətli sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünün layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
01:50 / 18 Dekabr 2025
104
01:48 / 18 Dekabr 2025
51
00:00 / 18 Dekabr 2025
660
23:35 / 17 Dekabr 2025
71
23:29 / 17 Dekabr 2025
83
23:21 / 17 Dekabr 2025
226
23:00 / 17 Dekabr 2025
480
22:50 / 17 Dekabr 2025
299
22:36 / 17 Dekabr 2025
203
22:27 / 17 Dekabr 2025
260
21:45 / 17 Dekabr 2025
661
21:36 / 17 Dekabr 2025
178
21:30 / 17 Dekabr 2025
101
21:20 / 17 Dekabr 2025
1002
21:17 / 17 Dekabr 2025
393
20:59 / 17 Dekabr 2025
98
20:53 / 17 Dekabr 2025
98
20:49 / 17 Dekabr 2025
622
19:58 / 17 Dekabr 2025
110
19:56 / 17 Dekabr 2025
135
18:57 / 17 Dekabr 2025
636
18:52 / 17 Dekabr 2025
1379
18:39 / 17 Dekabr 2025
2701
18:36 / 17 Dekabr 2025
98
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.