XİN başsağlığı verdi
16 Mart 2025, 14:11
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
642
23.01.2025, 12:39
ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə Ukraynada müharibəni bitirməklə bağlı son çağırışı şok effekti yaratsa da, diplomatik dəhlizlərdə gizli danışıqların aparıldığı haqda məlumatlar yayılıb.
OXU24.COM xəbər verir ki, qlobal kəşfiyyat məlumatları üzrə ixtisaslaşmış “Intelligence Online” (IO) nəşri Trampın andiçmə mərasimindən daha öncə ABŞ və Rusiya arasında gizli təmas xəttinin qurulduğunu yazır.
Tramp gizli təmas xətti ilə Putinə “Əsas prioritet Ukrayna müharibəsinə son qoymaqdır” mesajını çatdırıb. Bununla yanaşı, hər iki lider Trampın inauqurasiyasından bir ay sonra – fevral ayında müharibənin bitirilməsi məqsədilə zirvə görüşü keçirmək üçün anlaşıb. İddialara görə, Tramp Zelenskiyə sülh üçün “ağrılı resept” təqdim edəcək.
Kəşfiyyat mənbələri Tramp və Putinin gizli təmas xətti ilə danışdığını bildirir. Bu görüşdən sonra Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq və milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsa “müharibəni bir ayın içində bitirin” təlimatı verib. Kelloqun rusiyalı həmkarları ilə ötən ay Parisdə müzakirələr apardığı, hətta Kiyevdə siyasi hadisələrin mümkün inkişafına hazırlıq məqsədilə Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko ilə də görüşdüyü haqda məlumatlar var.
Həmçinin oxuyun
Kəşfiyyat mənbələri Trampın “bütün ssenarilərə hazır olduğu”nu bildirir. ABŞ prezidenti bir tərəfdən sülh üçün gizli kanallarla müzakirələri davam etdirir, digər tərəfdən “Avropanın mümkün müharibəyə hazırlıq vəziyyətini” araşdırır.
Məlumatlara görə, ABŞ Xüsusi Qüvvələr Komandanlığı Rusiya hərbi kəşfiyyatı (QRU) ilə sülh müzakirələrinin texniki tərəfini hazırlamaq istiqamətində işləyir. Bununla yanaşı, QRU Fransa, Türkiyə, Qazaxıstan və Serbiyada Ukraynalı həmkarları ilə sülh müzakirələrini aparır. Hətta Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüşdə tərəflər arasında böhran yaşandığı da deyilir.
Kəşfiyyat mənbələrinə görə, gizli təmaslarda iştirak edən şəxslərin Tramp-Putin zirvəsindən öncə - qarşıdakı həftələrdə Vaşinqtonda yerləşən, Ağ Evin yaxınlığındakı “The Mayflower Hotel”də görüşəcəyi gözlənilir.
01:30 / 17 Mart 2025
Gədəbəyin Qızıl qala meşəliyində yanğın - Video
31
22:49 / 16 Mart 2025
Xalq artisti vəfat etdi - FOTO
821
22:20 / 16 Mart 2025
Mövqelərimiz yenidən atəşə tutuldu
47
21:52 / 16 Mart 2025
17-ci günün duası - İmsak və iftar vaxtı
48
21:39 / 16 Mart 2025
Əməkdar incəsənət xadimi vəfat edib
289
21:26 / 16 Mart 2025
Kəsmiyin FAYDALARI
57
21:00 / 16 Mart 2025
Ən sürətlə inkişaf edən ÖLKƏLƏR
62
20:45 / 16 Mart 2025
Tolik müğənniyə ELÇİ DÜŞDÜ - VİDEO
90
19:28 / 16 Mart 2025
İş saatları dəyişdiriləcək? -AÇIQLAMA
312
19:10 / 16 Mart 2025
Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar - Video
777
19:08 / 16 Mart 2025
Roma Papası müraciət edib
79
19:07 / 16 Mart 2025
Türkiyə və ABŞ prezidentləri telefonla danışıb
82
17:32 / 16 Mart 2025
"Kahı"nın içərisindən narkotik çıxdı
99
17:22 / 16 Mart 2025
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
108
16:40 / 16 Mart 2025
Güllələrlə zarafat edən HƏRBÇİLƏR: Onlar haqqında İNANILMAZ HƏQİQƏTLƏR... - VİDEO
669
16:20 / 16 Mart 2025
Qonaq getdikləri evdə 3 yaşlı uşağı “tok” vurdu
115
16:03 / 16 Mart 2025
"Hizbullah"ın iki üzvünü öldürülüb
137
14:29 / 16 Mart 2025
SON DƏQİQƏ! Rusiyadan yüksək vəzifəli şəxslər Bakıya gəldi
628
14:11 / 16 Mart 2025
XİN başsağlığı verdi
139
14:05 / 16 Mart 2025
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi
481
14:02 / 16 Mart 2025
Husilərdən ABŞ-ın Yəmənə hücumuna reaksiya: "Cavabsız qalmayacaq!"
142
13:59 / 16 Mart 2025
24 yaşlı şəxsin meyiti aşkarlanıb
141
13:34 / 16 Mart 2025
Müdafiə Nazirliyi açıqlama yaydı
529
13:32 / 16 Mart 2025
Sabah isti olacaq
153
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.