İlham Əliyev həmkarına məktub göndərdi
27 Avqust 2026, 11:37
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
409
10.01.2025, 15:19
ABŞ-nin Los Anceles şəhərində baş vermiş şiddətli yanğınlar nəticəsində Azərbaycanın Baş konsulluğuna ziyan dəyməyib.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
"7 yanvar 2025-ci il tarixindən etibarən Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq iş aparılır.
Belə ki, Baş Konsulluğumuza məxsus sosial media hesablarında (//x.com/azconsulatela/status/1876908935355007248?s=46, //www.facebook.com/azconsulatela) xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi (+13109234540) yerləşdirilib", - A.Hacızadə bildirib.
Onun sözlərinə görə, vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb (lafd.org/alerts).
"Əlavə olaraq, Baş Konsulluğun yerləşdiyi binanın müvəqqəti olaraq evakuasiya edilməsinə baxmayaraq, distant qayada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır. Azərbaycanın Baş konsulluğuna burada baş verən şiddətli yanğınlar nəticəsində ziyan dəyməyib. Bundan əlavə, vətəndaşlarımızdan da onlara zərər dəyməsi barədə məlumat daxil olmayıb", - o bildirib.
11:37 / 27 Avqust 2026
1
11:33 / 27 Avqust 2026
12
11:29 / 27 Avqust 2026
15
11:28 / 27 Avqust 2026
19
11:16 / 27 Avqust 2026
27
10:54 / 27 Avqust 2026
122
10:50 / 27 Avqust 2026
49
10:35 / 27 Avqust 2026
57
10:29 / 27 Avqust 2026
52
10:13 / 27 Avqust 2026
49
09:58 / 27 Avqust 2026
56
09:47 / 27 Avqust 2026
62
09:31 / 27 Avqust 2026
60
09:10 / 27 Avqust 2026
53
09:06 / 27 Avqust 2026
68
09:02 / 27 Avqust 2026
65
09:00 / 27 Avqust 2026
65
08:58 / 27 Avqust 2026
56
23:46 / 26 Avqust 2026
120
23:16 / 26 Avqust 2026
130
22:53 / 26 Avqust 2026
119
22:53 / 26 Avqust 2026
130
22:26 / 26 Avqust 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.